MASALLIDA ŞƏKƏR ZAVODU İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, zavodun açılışı mərasimində rayon icra hakimiyyətinin başçısı Azər Səfərov müəssisənin istifadəyə verilməsini ölkə Prezidentinin regionların inkişafına göstərdiyi qayğının təzahürü, ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 81-ci ildonümünə masallıların töhfəsi kimi dəyərləndirmişdir.
Bildirilmişdir ki, Masallı, Cəlilabad, Biləsuvar və Neftçala rayonlarının 50-dən artıq fermerləri ilə müqavilə bağlanmış, İran İslam Respublikasından alınmış şəkər çuğunduru toxumu onlara əvəzsiz paylanmışdır. Zavod ilkin mərhələdə 50 ton, sonralar isə 100 ton məhsul istehsal edəcək və burada 100 nəfər işlə təmin olunacaqdır.
Mərasim iştirakçıları müəssisənin istehsal prosesi ilə yaxından tanış olmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [14:57]
Xəzərdə güclü küləklə bağlı gəmilərə xəbərdarlıq edilib
- 01.10.2026 [14:36]
Mərkəzi Bank: “T-Kredit” və “Fintrend”in lisenziyası ləğv edilib
- 01.10.2026 [13:53]