MƏDƏNİYYƏT
“Megamax” da Bakı Şopinq Festivalına “gəldi”!
Bakı, 13 aprel, AZƏRTAC
Bakı Şopinq Festivalına qoşulan “Marvel Group”un “Megamax” mağazasında endirimli günlərə start verildi!
Azərbaycan Konqreslər Bürosundan AZƏRTAC-a bildirilib ki, bakılılar və şəhərimizin qonaqları mayın 10-dək “Metropark” alış-veriş mərkəzində yerləşən həmin mağazada daha sərfəli qiymətlərlə alış-veriş edə biləcəklər. “Megamax”da alıcıları böyük endirimlər və güzəştlər gözləyir.
Bakı Şopinq Festivalının alıcılara təqdim etdiyi endirim aksiyalarına qoşulan “Megamax” mağazasından seçilmiş mallara 30 faizə qədər endirimlər təqdim ediləcək, eləcə də, ƏDV-ni geri almaq mümkün olacaq.
Bakı Şopinq Festivalı alıcıları “Baku Shopping Festival - Tax Free” loqosu olan “Megamax”da alış-veriş etməklə, öz büdcəsinə qənaət etməyə dəvət edir.
Festivala qoşulmuş mağazalar xarici turistlərə və Azərbaycan vətəndaşlarına sərfəli şərtlərlə öz mallarını təklif edəcəklər. Bakı Şopinq Festivalı çərçivəsində alıcılar “Baku Shopping Festival - Tax Free” stikerini gördükləri mağazalarda festival zamanı aldıqları malların əlavə dəyər vergisini (ƏDV) geri ala biləcəklər.
Bundan əlavə olaraq, festivala qoşulan mağazaların sayı hər gün artmaqdadır. Qeydiyyatdan keçmiş və hər gün əlavə olunan yeni mağazaların ümumi siyahı ilə http://bakushopfest.com/ru/istirakcilarin-siyahisi/ linkində tanış olmaq olar. Həmin mağazalar mayın 10-nadək müştərilərə endirim və güzəştlər təqdim edəcəklər.