Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏHƏBBƏT VƏ ŞƏFQƏT ELÇİSİ

TEMATİK ƏLAVƏ

AZƏRBAYCAN

“İzvestiya” və “Azerbaydjanskiye İzvestiya” qəzetlərinin birgə layihəsi

Moskvada çıxan nüfuzlu “İzvestiya” qəzeti Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun, Gimnastika Federasiyasının prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təkcə ölkəmizdə deyil, beynəlxalq aləmdə də yüksək qiymətləndirilən çoxşaxəli fəaliyyətindən söhbət açan “Məhəbbət və şəfqət elçisi” sərlövhəli geniş məqalə dərc etmişdir. Azərbaycanın birinci ledisi haqqında məqalənin müəllifi tanınmış yazıçı-publisist, Milli Məclisin deputatı Elmira Axundovadır.

İctimaiyyətin böyük marağını nəzərə alaraq AZƏRTAC məqalənin tərcüməsini oxuculara təqdim edir.

O, hər hansı dövlət tədbirində görünəndə, xeyriyyə və ya mədəni aksiyalarda iştirak edəndə istər-istəməz diqqəti cəlb edir. Bu zaman o, heç də nəzərlərin cazibə mərkəzində olmaq barədə düşünmür, əksinə, çalışır ki, onun şəxsiyyəti, - xüsusən də Prezidenti müşayiət edərkən, - mümkün qədər diqqəti az cəlb etsin. Lakin səmimi deməliyik: bu, sadəcə olaraq mümkün deyil, çünki Ulu Tanrı parlaq zahiri gözəlliklə yüksək daxili mənəviyyatın belə vəhdətini nadir hallarda yaradır. Mehriban xanım Əliyevanın nüfuzlu ictimai vəzifələri çoxdur. O, YUNESKO-nun xoşməramlı səfiri kimi yüksək statusa malikdir, milli parlamentin deputatıdır. Amma, zənnimcə, birinci ledi statusu ona daha çox yaraşır. Bu gün mən yeni müstəqil dövlətlər məkanında təzəcə formalaşmaqda olan, lakin öz ölkələrinin ictimai, sosial-mədəni həyatında artıq nəzərəçarpan hadisəyə çevrilmiş bir institut - birinci ledilər institutu barədə düşüncələrimi bölüşmək istərdim. Bu fenomen nədən ibarətdir, onu fərqləndirən xüsusiyyətlər hansılardır? Həm də o, dövlətin birinci şəxsinin xanımı kimi yüksək, lakin adi bir statusdan daha böyük məna kəsb edə bilərmi?

Elmira AXUNDOVA

Yazıçı-publisist, Azərbaycan Milli Məclisinin deputatı

Bu suala cavab verməzdən əvvəl mən rusiyalı oxucuları Azərbaycanın birinci ledisinin çoxşaxəli fəaliyyətinin heyrətamiz dərəcədə uğurlu təcrübəsi ilə tanış etmək istərdim. Çünki məni bu məqaləni yazmağa sövq edən Mehriban Əliyevanın zahiri gözəlliyi və incə zövqü deyil, onun gördüyü nəcib işlər və bu işlərə həm respublika miqyasında, həm də beynəlxalq aləmdə verilən yüksək qiymət olmuşdur...

Mən ilk növbədə bu qadına xas olan heyrətamiz ölçü hissi, nəzakət, son dərəcə nadir ziyalılıq məziyyətlərini qeyd etməliyəm. Mehriban xanım tez-tez Azərbaycan Prezidentini ölkə daxilində və xaricə səfərlərdə müşayiət edir. O, həmişə Prezidentin yanındadır, lakin demək olar ki, həmişə ondan bir addım arxadadır. SSRİ-nin birinci ledisi, Mixail Qorbaçovun bütün beynəlxalq rautlarında və xarici səfərləri zamanı diqqət mərkəzində olan, bəzən öz fiqurası ilə Sovet İttifaqının birinci və axırıncı prezidentini, sözün əsl mənasında, kölgədə qoyan Raisa Qorbaçovanın sovet adamlarını necə qıcıqlandırması orta və yaşlı nəslin nümayəndələrinin yadındadır. Mehriban xanım öz respublikasının birinci şəxsinin yanında harada yer tutmalı olduğunu həmişə səhvsiz müəyyən edir, protokol baxımından qüsursuz davranışı barədə isə danışmağa ehtiyac yoxdur. Elə təsəvvür yaranır ki, o, bu mərasim qaydalarını gələcək birinci ledilərə kiçik yaşlarından kübar davranış qaydaları və protokol incəlikləri öyrədilən xüsusi institutda mənimsəmişdir. Əlbəttə, bu zarafatdır, hərçənd hər bir zarafatda müəyyən qədər həqiqət vardır. Həqiqət isə ondan ibarətdir ki, Mehriban xanım üçün belə bir institut onun köklü ziyalı nəslinə mənsub öz ailəsi, sonra isə ərinin ailəsi olmuşdur. Burada ona incə davranmağı, təmkinli və nəzakətli olmağı, ən müxtəlif sosial statusa və intellektual səviyyəyə malik insanlarla dil tapmaq bacarığını ən yaxın adamları öyrətmişlər. Mən hələ onu demirəm ki, uzun illər Mehriban xanımın çox qiymətli bir imtiyazı - dünya şöhrətli diplomat, insan psixologiyasının mahir bilicisi Heydər Əliyevin gəlini statusu olmuşdur.

Mehriban xanım bu gəlin statusu, sonra isə dövlətin birinci şəxsinin həyat yoldaşı statusu ilə tamamilə kifayətlənərək öz mövqeyinə uyğun, stresslərdən və mənfi emosiyalardan uzaq rahat kübar həyatı sürə bilərdi. Ancaq o, başqa yol - ölkənin siyasi həyatında tədricən, lakin dönmədən özünün iştirak əmsalını artırmaqla, son dərəcə mühüm kulturoloji, sosial layihələri həyata keçirməklə siyasətçi, diplomat, ictimai xadim yolunu seçdi.

1995-ci ildə Mehriban xanım Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaradır. Azərbaycan üçün ağır bir dövrdə, respublika Qarabağ müharibəsinin vurduğu yaralardan yenicə özünə gəldiyi, yüz minlərlə insan üçün maddi, bəzən də sadəcə olaraq fiziki mənada sağ qalmaq probleminin ön plana keçdiyi, Azərbaycan ziyalılarının çoxunun “qazanc dalınca” xaricə üz tutmaqdan başqa özləri və ailələri üçün bir çıxış yolu görmədiyi bir vaxtda Mehriban xanım və onun məsləkdaşları Azərbaycan mənəviyyatının xilas edilməsi və dirçəldilməsi kimi nəcib bir işə başladılar.

Bu illər ərzində Azərbaycan Mədəniyyətinin Dostları Fondunun himayəsi altında müxtəlif müsabiqələr, bədii sərgilərdən tutmuş xeyriyyə konsertlərinə və musiqi festivallarına qədər çoxsaylı layihələr həyata keçirilmişdir. Kitablar, albomlar nəşr edilmiş, “Azerbaijan-İrs” kimi gözəl bir jurnal təsis olunmuş, digər saysız-hesabsız işlər görülmüşdür...

Müxtəlif yönümlü bütün bu layihələri bir əsas məram birləşdirirdi: Azərbaycan xalqının mənəvi irsini həmişə fərqləndirən yüksək səviyyəni saxlamaq, qloballaşma prosesini labüd surətdə müşayiət edən ucuz kütləvi mədəniyyət axınının yolunu kəsmək, nadir tarixi mədəniyyət incilərini gələcək nəsillər üçün qoruyub saxlamaq məramı. Heç də təsadüfi deyildir ki, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun və onun prezidentinin fəaliyyətində istedadlı yaradıcı gənclərin dəstəklənməsi məsələsi üstün yer tutmuşdur və tutmaqdadır.

Bir müddət sonra Azərbaycan Mədəniyyətinin Dostları Fondunun əhatə dairəsi Mehriban Əliyeva üçün artıq darısqal idi. Heydər Əliyev Fondu təsis edildikdən sonra və birinci ledi statusu ilə əlaqədar onun fəaliyyətinin üfüqləri və istiqamətləri ölçüyəgəlməz dərəcədə genişləndi. Düzdür, o, Azərbaycan xalqının zəngin mənəvi, mədəni irsinin təbliği və inkişaf etdirilməsi məsələlərini əvvəlki kimi yenə nəzərdən qaçırmırdı, lakin humanitar-xeyriyyəçilik dominantası onun fəaliyyətinin prioritetinə çevrilmişdi. Başqa sözlə desək, o, öz qüvvəsini və Fondun əməkdaşlarının səylərini əhalinin ən zəif, müdafiə olunmamış təbəqələrinə, ilk növbədə xəstə uşaqlara, eləcə də dünyada ən qiymətli nemətdən - valideyn məhəbbətindən və qayğısından məhrum olmuş ən kiçik balalarımıza kömək göstərilməsinə yönəltməyi özünün vətəndaşlıq borcu hesab edirdi.

Son illərdə Heydər Əliyev Fondunun himayəsi altında həyata keçirilmiş bütün aksiyaları sadalamaqla qurtarmaz: qaçqın ailələrindən olan uşaqlara kömək, diabet və talassemiya xəstəliklərindən əziyyət çəkən balacalara yardım, respublikadakı uşaq evlərinin və internat məktəblərinin əsaslı şəkildə yenidən qurulmasına dair möhtəşəm proqram, Azərbaycanda, əsasən kənd yerlərində 200-ə yaxın yeni məktəb binasının tikilməsi, Mehriban xanımın özünün hökmən iştirak etdiyi müxtəlif xeyriyyəçilik aksiyalarının keçirilməsi... Fondun prezidentinin və onun məsləkdaşlarının nail olduqları əsas məqsəd - cəmiyyətin, ilk növbədə dövlət qurumlarının, imkanlı adamların diqqətini millətin genetik fondunun qorunması kimi son dərəcə mühüm problemə cəlb etmək, XIX əsrin axırları XX əsrin əvvəllərində Azərbaycanın tanınmış mesenatları tərəfindən təməli qoyulmuş xeyriyyəçilik ənənələrini dirçəltmək olmuşdur.

Onun uşaq evlərindəki körpələrlə necə təbii, əsl ana nəvazişi və qayğısı ilə rəftar etdiyini, onlarla birlikdə uşaq albomlarını rənglədiyini, onlara qoşulub yallı getdiyini müşahidə edəndə mənə elə gəlir ki, bu tərbiyə müəssisələrinə və internatlara hər dəfə baş çəkəndə onun qəlbində kədərli duyğular baş qaldırır. Bəlkə də elə buna görədir ki, Mehriban xanımın təşəbbüsü ilə Azərbaycanda uşaq evlərinin ləğv edilməsi və yetim uşaqların tamdəyərli ailələrə verilməsi hərəkatı başlanmışdır.

Onun rəhbərliyi altında uğurla fəaliyyət göstərən iki fond tariximizdəki çoxsaylı “ağ ləkələr”in aradan qaldırılmasına yönəlmiş kitabların nəşrini davam etdirir, yeni jurnallar təsis edir, Azərbaycanın tarixi memarlıq abidələrinin qorunub saxlanmasında fəal iştirak edir. Mehriban xanımın öz sözləri ilə desək, “Fondun qapıları Azərbaycanı dünya birliyində layiqincə təmsil etməyə qabil olan bütün təşəbbüslər, bütün təkliflər və layihələr üçün həmişə açıqdır”. Ölkəyə xeyir gətirə biləcək, respublikanın və onun xalqının mənafelərinə xidmət edə biləcək bütün təşəbbüsləri dəstəkləmək - budur, Fondun fəaliyyətinin əsas qayəsi, onun “şah damarı”.

Birinci ledinin fəaliyyət göstərdiyi daha bir sahə beş il bundan əvvəl ölkənin idman ictimaiyyətinin xahişi ilə rəhbərliyinə gəldiyi Gimnastika Federasiyasıdır. Nəticədə idmanın bu sahəsində ciddi keyfiyyət yüksəlişi baş vermiş, bədii gimnastika üzrə Avropa və dünya çempionatlarının Bakıda keçirilməsi respublikamızın yüksək idman intellektual əmsalına malik bir ölkə kimi müsbət imicinin formalaşmasına çox güclü təsir göstərmişdir. Yeri gəlmişkən, 23-cü Avropa çempionatında Azərbaycanın gimnast qızları komanda hesabında üçüncü yeri tutmuşlar.

Mehriban xanım Əliyevanın fəaliyyətinin bir sahəsi də Milli Məclisin deputatı kimi gördüyü işlərdir. O, cəmi iki il ərzində Bakı rayonlarından birini nümunəvi rayona çevirmiş, genişmiqyaslı amnistiya aktı keçirilməsi barədə təşəbbüslə Milli Məclisə müraciət etmiş, Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi Şimali Amerikaya uğurlu səfər etmiş, daha neçə-neçə təşəbbüsü öz deputat aktivinə yazmışdır. Bəzən mənə elə gəlir ki, mən başqa-başqa insanlar haqqında yazıram, çünki bu qədər müxtəlif istiqamətli işin öhdəsindən gəlməyə sadəcə olaraq bir insanın gücü çatmaz.

Əlbəttə, birinci ledinin öz ətrafında formalaşdırmağa nail olduğu gözəl məsləkdaşlar komandası bu uğurların çox sanballı tərkib hissəsidir. Yaxşı deyiblər ki, kralı kral edən onun yaxınlarıdır. Bir də ki, səmimi deyək: birinci ledi statusu elə bir sirli açardır ki, başqalarından ötrü əlçatmaz olan bir çox qapıları açır, bürokratik maneələri daha sürətlə aradan qaldırır, Azərbaycanın biznes elitasının kapitallarını nəcib məqsədlər güdən məsələlərin həllinə cəlb edir. Bu gün Mehriban xanım Əliyevanın sayəsində Azərbaycanda xeyriyyəçilik tədbirlərinə pul xərcləmək, gənc istedadların xaricdə təhsil almalarına kömək etmək, doğma kəndində yeni məktəb binası tikdirmək bir növ dəb düşmüşdür. Bəziləri bunu təmənnasız, digərləri özünü göstərmək və ya Prezidentin xanımına xoş gəlmək üçün edirlər. Özləri bilər, əsas odur ki, birinci ledi bu insanların şöhrətpərəstliyini bacarıqla ümummilli məsələlərin həllinə, məsələn, səhiyyənin inkişafına və ya təhsilin təkmilləşdirilməsinə yönəldir. Mən hələ onu demirəm ki, bu təşəbbüs varlılarla yoxsullar arasında, sürətlə inkişaf etməkdə olan kapitalist Bakısı ilə yaxın vaxtlara qədər Azərbaycanın miskin ucqar əyalətləri sayılan bölgələr arasında fərqi azaltmaqla cəmiyyətdə mənəvi ab-havanı sağlamlaşdırmağa imkan vermişdir. Hazırda bütün respublika - paytaxtdan başlamış ən ucqar dağ kəndinə qədər - nəhəng inşaat meydançasını xatırladır. Bu, təkcə Azərbaycan Prezidentinin deyil, həm də birinci ledinin xidmətidir.

Mehriban xanım YUNESKO-nun xoşməramlı səfiri seçiləndən sonra onun fəaliyyəti, bu təşkilatın baş direktoru Koişiro Matsuuranın haqlı olaraq qeyd etdiyi kimi, təkcə regional miqyasla məhdudlaşmayıb, qlobal miqyas kəsb etmişdir. Heydər Əliyev Fondunun uğurla nəticələnmiş son təşəbbüslərini - Azərbaycan muğamının və yer kürəsində ən qədim tarix-arxeologiya qoruğu olan Qobustanın Dünya Mədəni İrs siyahısına daxil edilməsini məhz bu cür qiymətləndirmək olar. Bu yaxınlarda Mehriban xanım Əliyeva Dünya Səhiyyə Təşkilatının (DST) ali orqanı - Dünya Səhiyyə Assambleyasının 60-cı sessiyasında çıxış etmiş, bu təşkilatın baş direktoru ilə danışıqlar zamanı DST-nin bir sıra proqramların həyata keçirilməsində, xüsusən “quş qripi” ilə mübarizədə Azərbaycanla daha sıx qarşılıqlı fəaliyyəti barədə razılıq əldə etmişdir. Mehriban Əliyeva tez-tez dünya şöhrətli xadimlərlə, humanitar təşkilatların rəhbərləri ilə görüşür, öz doğma respublikasında baş verən hadisələrə onlarda maraq oyadır, onları çox əhəmiyyətli layihələrin həyata keçirilməsinə sövq edir.

Azərbaycanın birinci ledisinin fəaliyyəti son dövrlərdə nüfuzlu beynəlxalq mükafatlarla, təltiflərlə və fəxri adlarla qeyd edilmişdir. Bunlardan yalnız ikisinin adını çəkəcəyəm: 2005-ci il oktyabrın 13-də Heydər Əliyev Fondunda “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondu tərəfindən təşkil edilmiş “Yaqut xaç” ordeninin Mehriban Əliyevaya təqdim edilməsi mərasimi keçirilmiş, lap yaxın vaxtlarda - 2007-ci il mayın 27-də isə Mehriban xanım bəşəriyyətin ali ideallarına xidmətdə qazandığı görkəmli nailiyyətlərə görə Moskvada beynəlxalq “Qızıl ürək” mükafatı ilə təltif olunmuşdur. Rusiya və Moskva hökumətləri, həmçinin RF-nin YUNESKO işləri üzrə komissiyası tərəfindən dəstəklənmiş bu nüfuzlu mükafatın təsisçiləri arasında İTAR-TASS Agentliyi və Rusiya Qızıl Xaç Cəmiyyəti də vardır.

Bu iki beynəlxalq mükafatın, necə deyərlər, “Rusiya qeydiyyatında olması” heç də təsadüfi deyildir. Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu üçün Rusiyanın ən iri mədəni və elm-təhsil mərkəzləri ilə əlaqələrin tənzimlənməsi, iki ölkənin mədəniyyət xadimlərinin qarşılıqlı yaradıcı əlaqələrinin və ünsiyyətinin bərpa olunması prioritet istiqamətlərdir. Məsələn, keçən il biz hamımız Heydər Əliyev Fonduna Rusiyanın Puşkin kitabxanasından külli miqdarda kitab verilməsi; “Drujba narodov” jurnalının bütünlüklə Azərbaycan ədəbiyyatına həsr edilmiş, Mehriban xanım Əliyevanın ön söz yazdığı xüsusi nömrəsinin buraxılması; Bakıda ilk beynəlxalq rus kitabı festivalının keçirilməsi kimi sanballı aksiyaların şahidi olduq. Rus yazıçısı, tarixçi-publisist Rudolf İvanovun dəstəyini də qeyd etməyə bilmərəm. O, Heydər Əliyev Fondunun köməyi ilə Azərbaycanın şanlı hərbi sərkərdələr sülaləsinin - Naxçıvanski xanlarının üç nəslinin rəşadəti və igidliyi haqqında nadir trilogiya hazırlamış və Moskvada nəşr etdirmişdir.

Mehriban xanım özü də istər postsovet məkanında, istərsə də uzaq xaric deyilən ölkələrdə birinci ledilərlə şəxsi münasibətlər və dostluq əlaqələri yaratmaqla nümunə göstərir. Bütün dünyada, o cümlədən keçmiş SSRİ ərazisində dövlət başçılarının xanımları get-gedə daha cəsarətlə ictimai-mədəni, siyasi həyatın ön səhnəsinə çıxır, müxtəlif sahələrdə öz sözlərini deyirlər. Bax, bu məqamda mən elə bir məsələyə yaxınlaşıram ki, əslində bu qeydlər məhz onun xatirinə qələmə alınıb. Mən əminəm ki, postsovet məkanında formalaşmış birinci ledi institutu vaxtilə mövcud olmuş vahid dövlətin xalqlarının mənəvi-mədəni baxımdan bir-birinə yaxınlaşmasında, MDB ərazisində siyasi ab-havanın mülayimləşməsində, sosial-humanitar yönümlü bir sıra məsələlərin həllində indikindən qat-qat fəal rol oynaya bilər.

Bu fikri bir misal üzərində izah edim. Bildiyimiz kimi, Rusiyanın birinci ledisi Lyudmila Putina hazırda xaricdə rus dili və ədəbiyyatı kimi sivilizasiyalararası mədəni sərvətin qorunub saxlanması və inkişaf etdirilməsi üçün böyük qüvvə sərf edir. Əgər bu nəcib işə öz həmkarlarını - birinci lediləri cəlb etsəydi, onun bu səyləri daha uğurlu ola bilərdi. Digər tərəfdən, Rusiyada çox böyük sayda azərbaycanlı təhsil alır, işləyir və yaşayır. Onların problemləri də Azərbaycanın birinci ledisinin qayğılarına daxildir. Bu problemləri birinci ledilərin qeyri-rəsmi sammitində bilavasitə Rusiyanın dövlət başçısının xanımı ilə müzakirə etməyə cəhd göstərmək olmazmı? Bu cür görüşləri mütəmadi olaraq MDB dövlət başçılarının sammitlərinə oxşar tərzdə keçirmək olmazmı? Keçmiş müttəfiq respublikaların, indi isə müstəqil dövlətlər olan ölkələrin paytaxtlarında mədəniyyətlərarası dialoq mərkəzləri, yaxud görkəmli qazax yazıçısı və diplomatı Oljas Süleymenovun bu yaxınlarda Rusiya Prezidentinə təklif etdiyi kimi, Moskvada Avrasiya Mədəniyyət və Elm Mərkəzi, MDB-nin digər respublikalarında bu mərkəzin filiallarını təsis etmək barədə düşünməyə dəyər. Bu cür mərkəzlərə məhz öz ölkələrinin birinci lediləri başçılıq edə bilər və müştərək televiziya və radio kanalları yaradar, kitab nəşrini, təhsil və başqa layihələri əlaqələndirərlər.

Birinci ledilər öz yüksək status potensialından və təşkilatçılıq imkanlarından bəzən siyasətçi kişilərin macal tapmadığı problemlərin həlli üçün daha tam şəkildə istifadə edə bilərlər və etməlidirlər: mədəni və humanitar əlaqələrin inkişafı, bu və ya digər millətin qonşu ölkədə müsbət obrazının formalaşmasına yönəlmiş müştərək imic layihələri, xaricdəki soydaşların hüquqlarının müdafiəsi, istedadlı gənclərin təhsili və yad mühitə uyğunlaşması məsələlərinin...

Bu gün birinci ledilər bütün bu məsələlərlə bu və ya digər şəkildə məşğul olurlar. Lakin onlar bu məsələlərlə birgə məşğul olsalar, problemlər qat-qat sürətlə həll olunar. Lyudmila Putina və Mehriban Əliyeva bu cür birləşmənin təşəbbüsçüləri ola bilərlər və əminəm ki, digər yaxın və uzaq xarici ölkələrin birinci lediləri də bu təşəbbüsə həvəslə qoşularlar.

Qadın-siyasətçi, qadın-ictimai xadim və ya dövlət xadimi fenomeni Qərb adamının nəzərində artıq kifayət qədər adiləşmişdir. Lakin MDB məkanında qadınlar öz ölkələrinin ictimai və siyasi-sosial həyatında layiq olduqları yeri hələ tuta bilməyiblər. Əminəm ki, birinci ledilərin ünsiyyətlərinin fəallaşması, onların qeyri-formal birliyinin yaradılması bu istiqamətdə də irəliləyişə nail olmaq üçün güclü stimula çevriləcəkdir.

Mehriban Əliyeva Azərbaycan üçün çox işlər görmüşdür, lakin əsas məsələ hələ irəlidədir. Çünki onun malik olduğu çox böyük siyasətçi, ictimai xadim, təşkilatçı potensialının reallaşması hələ başlanğıc mərhələdədir. İnanıram ki, o, özünün yeni layihələri və ideyaları ilə bizi hələ çox heyrətləndirəcəkdir. Bu layihələrin və ideyaların əks-sədası respublika hüdudlarından uzaqlarda eşidiləcəkdir. Ölkə daxilində Mehriban Əliyevanın hər bir addımının dəstəklənəcəyini isə onun “bütün xalqın sevimlisi” adını qazanması faktı təsdiqləyir. O, özü üçün çətin yol seçmişdir, lakin yalnız bu yol onu qarşıya qoyduğu ülvi məqsədlərə çatdıra bilər.

“İzvestiya” qəzeti,

24 avqust 2007-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“MSC” şirkəti Novorossiysk limanına sifarişləri dayandırıb

Lənkəranda yeni təmayül tədris modelinin ilk nəticələri yüksək olub

Voleybol üzrə Azərbaycan millisi Avropa çempionatında ilk məğlubiyyətini alıb

Fransalı rejissor: “La Leproduction” filmi dialoqsuz olması ilə diqqət çəkir

Bu saata olan əsas xəbərlər

Avropada qazın qiyməti 5 faizədək azalıb

Yaxın Şərqdəki münaqişə: Altı ayda “Brent”in qiyməti 70-126 dollar arasında dəyişib

Robert Köçəryanın həbsi ilə bağlı vəsatətə baxılacaq

Laçında Şəhər Günü münasibətilə konsert təşkil olunub

Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki Məmməd Əliyevdən

Cəlilabad rayonunda zəlzələ baş verib

Paytaxtda 53 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib

Balakəndə avtomobil radar dirəyini aşırıb, iki nəfər xəsarət alıb

Laçında “Əmir Teymur” filmi nümayiş olunub

Çində baş verən palçıq axınında 3 nəfər ölüb, 265 nəfər itkin düşüb VİDEO

Çində baş verən palçıq axınında 3 nəfər ölüb, 265 nəfər itkin düşüb VİDEO

Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə müraciət edib

Heydər Əliyev Fondu uşaqlar üçün növbəti əyləncə tədbiri təşkil edib

Eldar Yuldaşev: Gələn il də Laçına yeni filmlərlə gəlməyi planlaşdırırıq

Rusiya Federasiyasının Əməkdar məşqçisi, pedaqoji elmlər doktoru, professor İrina Vinerdən

® "Mardi Mekan Estate": dəniz kənarında yaşamağın tam vaxtıdır

“Bitcoin”in qiyməti 78 min dollara enib

Dondurma alarkən və istehlak edərkən nələrə diqqət yetirilməlidir?

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə növbəti vakansiya seçimi mərhələsinə başlanılır

Niderlandda qış mövsümündən əvvəl qaz anbarlarını doldurmaq mümkünsüz görünür

Zamira İsayeva: Təhsil Azərbaycan-Özbəkistan əlaqələrinin möhkəmləndirilməsi üçün yeni imkanlar açır

Deputat: Laçın Böyük Qayıdışın ən parlaq nümunələrindən biridir

Klipdən başlayan sevgi: yeddi ildir domra ifa edən azərbaycanlı gənc

Çexiyada tarixi abidələrin bərpasına 42 milyon avroya yaxın vəsait ayrılacaq

“Meta” platformalarının gənclərə zərər vurması iddiasını 18 milyard dollara həll etməyə razılıq verib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Yeni sanitariya norma və qaydaları təsdiqlənib

Biləsuvarda yük avtomobili kanala aşıb

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovdan

Yayda gündə nə qədər su içilməlidir? - Ekspert rəyi

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

“Tvente”nin baş məşqçisi: “Qarabağ”a qalib gəlmək üçün futbolçular ən yaxşı formada olmalıdırlar

Rusiyalı sahibkar Alişer Usmanovdan

Bakıda “Gələcəyin sənət elçiləri” proqramı çərçivəsində musiqi proqramı təqdim olunub VİDEO

Bakıda “Gələcəyin sənət elçiləri” proqramı çərçivəsində musiqi proqramı təqdim olunub VİDEO

Azərbaycanın süni intellekt startapı “ByteDance” ilə müqavilə imzalayıb

Laçına köçürülmüş sakinlərdən 1235-i məşğulluq tədbirlərinə cəlb edilib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Azərbaycan-Özbəkistan müttəfiqliyi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni imkanlar yaradır – ŞƏRH

Zəhra Pezeşkiandan

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Şəfiqə Tahirova: Ali təhsilin nəticəsi yalnız diplomla deyil, məzunun bacarıqları ilə ölçülməlidir

Mərkəzi Bankın nümayəndələri Şamaxıda vətəndaşların müraciətlərini dinləyəcəklər

Qarabağdan Buxaraya: əsrləri aşan elm, mədəniyyət və dostluq körpüsü - Yusif Qarabaği irsi

Burhanettin Duran: Suriyanın gələcəyini yalnız xalqın iradəsi müəyyən etməlidir

Vəkillərin icbari təlimlərinin ikinci istiqaməti yekunlaşıb

AzTU-ya qəbul olunanların qeydiyyatı “mygov” üzərindən aparılacaq

“Hapoel”in qapıçısı: Liqa mərhələsinə yüksəlməyimizə cəmi 20 saniyə qalmışdı

Laçın Şəhəri Günü çərçivəsində nağıl-tamaşa nümayiş olunub

Qəhvəyi mərmər bağacığı ilə mübarizə məqsədilə 26 minə yaxın feromon tələ quraşdırılıb

Paris üçün kritik gün: “Fitch Ratings” Fransanın kredit reytinqini yenidən nəzərdən keçirir

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib

İncəsənət məktəbləri üçün 5 yeni yaradıcı istiqamət üzrə tədris proqramları hazırlanıb

Laçında aparılan quruculuq işləri Azərbaycanın sülhə və dinc inkişafa yönəlmiş siyasətinin göstəricisidir – ŞƏRH

® “PAŞA Holding”in dəstəyi ilə həyata keçirilən “Tənha anaların sosial inkişafına dəstək II” layihəsi fəaliyyətini davam etdirir

Azərbaycan və Özbəkistan alimləri vanadiumun alınması üçün yeni texnologiya hazırlayır

MDU tarixində rekord: tələbə qəbulu planı 98 faiz yerinə yetirilib

Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib

Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaşların müraciətlərini dinləyəcək

İki dəfə uğursuz oldu, üçüncü cəhddə arzuladığı universitetə qəbul aldı - Dövlət Proqramının qalibi

AZAL uçuşlarda gecikmə və ləğv halları ilə bağlı sərnişinlərə müraciət edib

Rəqəmsal platformaların vergiyə cəlb olunması ədalətli rəqabətə imkan verəcək - RƏY

Laçın dirçəlir: Köç, quruculuq, uşaq gülüşü VİDEO

Laçın dirçəlir: Köç, quruculuq, uşaq gülüşü VİDEO

Azərbaycanda mis konsentratı istehsalı 6 dəfədən çox artıb – QRAFİK

Özbəkistan Respublikasının birinci xanımı Ziroat Mirziyoyevadan

“Nebesnaya qratsiya” Beynəlxalq İdmana Dəstək Assosiasiyasının prezidenti, Olimpiya çempionu Alina Kabayevadan

Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq

Ölkəyə gömrük qaydaları pozulmaqla gətirilən qəlyan tütünləri aşkarlanıb

Rusiyanın “SAFMAR” Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyevdən

Kino Agentliyinin direktoru: Filmlərimizin beynəlxalq səviyyədə yayımı əsas istiqamətlərdəndir

Azərbaycan və Özbəkistan alimlərinin birgə layihəsi: mis filizlərinin emalı üçün yeni texnologiya hazırlanacaq

Rusiyanın “VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri Andrey Kostindən

Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Şabranda yol qəzasında ölənlərin sayı 2-yə çatıb YENİLƏNİB VİDEO

Şabranda yol qəzasında ölənlərin sayı 2-yə çatıb YENİLƏNİB VİDEO

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

Şahzadə Harri və Meqan bu gün Böyük Britaniyaya qayıdırlar

Şamaxıda vətəndaşların müraciətləri dinləniləcək

Bu il BMU-nun qəbul planı ilkin olaraq 98,3 faiz dolub

Sentyabrdakı hərraclarda 82 avtomobil və gəmi satışa çıxarılacaq

Aslan Kərimov: “Sabah” mükəmməl iş görərək, hər mərhələdə inkişaf etməyi bacardı

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

ADNSU və Özbəkistanın ali təhsil müəssisələri: ikili diplom və tələbə mübadiləsi

Azərbaycan–Özbəkistan aqrar əməkdaşlığı: təcrübədən strateji tərəfdaşlığa – ŞƏRH

® Maliyyə ehtiyaclarınız üçün “AccessBank”dan 50 min manatadək nağd kredit

Yulia Çimen: Azərbaycan-Türkiyə startap və vençur kapitalı əməkdaşlığında yeni mərhələ başlayır - MÜSAHİBƏ

Xüsusi nümayəndə: Laçının Buxara şəhəri ilə qardaşlaşmasına dair sazişin imzalanması mühüm hadisədir

Türkiyənin universitetlərində bəzi ixtisaslar üzrə tələbə çatışmazlığı yaranıb

Məsim Məmmədov: Laçın Beynəlxalq Film Festivalının ənənəvi xarakter almasına nail olmağı planlaşdırırıq

Ali məktəblərə qəbul olanların siyahısı və keçid balları açıqlanıb

“Mançester Siti” 19 yaşlı mərakeşli futbolçunu 100 milyon avroya transfer edib

“ADEX”də yeni rekord: Sərgi üçün ilk dəfə Bakı Ekspo Mərkəzinin 5-ci pavilyonu istifadəyə verilir

® İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır

Sabahdan X sinif şagirdlərinin elektron yerdəyişmə prosesinə başlanılır

Özbəkistan Peşəkar Futbol Liqası “Sabah”ı tarixi uğur münasibətilə təbrik edib

Paytaxtda daha 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

Nigar Axundova: Sürəyya Ağaoğlu öz dövrünün görkəmli qadını olub və bu gün də belə olaraq qalır - MÜSAHİBƏ

Səfir: İmzalanan müqavilələr Özbəkistan-Azərbaycan müttəfiqliyinin inkişafını əks etdirir