Mərakeşin “L`Opinion” qəzeti Humanitar Forumun əhəmiyyətindən yazır
Bakı, 28 noyabr, AZƏRTAC
Mərakeşin “L`Opinion” qəzetində IV Bakı Beynəlxalq Humanitar Forumundan və Multikulturalizm Mərkəzinin yaradılmasının əhəmiyyətindən bəhs edən məqalə dərc edilib.
Azərbaycanın Mərakeşdəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, məqalənin müəllifi, Forumun iştirakçısı olmuş Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin baş katibi Məhəmməd Faqiri tədbirin iştirakçılarının mövqeyini əks etdirən Bakı Bəyannaməsi haqqında ətraflı məlumat verir. M.Faqiri dünyada davamlı inkişafın, beynəlxalq humanitar əməkdaşlığın və səmərəli tərəfdaşlığın təmin edilməsi, habelə silahlı münaqişələrin aradan qaldırılmasına töhfə verilməsi məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasının təqdirəlayiq olduğunu vurğulayır.
Məqalədə Azərbaycanda gedən davamlı inkişaf prosesləri, əldə edilən nailiyyətlər barədə də söhbət açılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 28.09.2026 [21:15]