Messi “Barselona” ilə müqaviləni 2021-ci ilədək uzadıb: dəbbə pulu 700 milyon avro
Bakı, 25 noyabr, AZƏRTAC
Argentinalı hücumçu Lionel Messi “Barselona” klubu ilə müqaviləni 2020/2021-ci il mövsümünün sonunadək uzadıb. Razılaşmaya əsasən, dəbbənin məbləği 700 milyon avro təşkil edir
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat klubun rəsmi saytında yerləşdirilib. Otuz yaşlı futbolçunun əvvəlki müqaviləsi 2018-ci ilin yayınadək qüvvədədir.
Messi “Barselona”ya 2000-ci ildə, 13 yaşında gəlib. Əsas heyətdə rəsmi debütünü 17 yaşında edib. Komandanın tərkibində səkkiz dəfə İspaniya çempionu titulunu qazanıb, dörd dəfə UEFA çempionlar liqasının, beş dəfə İspaniya kubokunun, üç dəfə dünya klub çempionatının qalibi olub.
Beş dəfə “Qızıl top” mükafatına layiq görülən argentinalı hücumçu “Barselona”nın heyətində meydançaya çıxdığı 602 oyunda ümumilikdə 523 qol vurub. O, hazırda klubun və La Liqanın tarixində ən məhsuldar hücumçudur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.09.2026 [17:19]
Türkiyə yığmasının UEFA Millətlər Liqası üçün heyəti açıqlanıb
- 18.09.2026 [17:00]
“Naxçıvan” klubu daha bir amerikalı basketbolçunu transfer edib
- 18.09.2026 [16:37]
“Sabah”ın 5 futbolçusu müxtəlif ölkələrin komandalarına dəvət alıb
- 18.09.2026 [15:52]
“Barselona”nın gəlirləri rekord həddə çatsa da, borcu artıb
- 18.09.2026 [14:40]
Azərbaycan cüdo millisinin dünya çempionatı üçün ilkin heyəti bəlli olub
- 18.09.2026 [14:38]