Milli Azərbaycan Tarixi Muzeyi “AİTF-2013” Beynəlxalq turizm sərgisində təmsil olunmuşdur
Bakı, 5 aprel (AZƏRTAC). Xəbər verdiyimiz kimi, “Bakı Ekspo” sərgi və toplantı mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “İTE Group plc” və onun tərəfdaşı “İteca Caspian” MMC-lərin təşkilatçılığı ilə “AİTF-2013” 12-ci Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi açılmışdır.
Sərgidə Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyi (MATM) də təmsil olunmuşdur.
Muzeydən AZƏRTAC-a bildirmişlər ki, Mədəniyyət və Turizm Nazirliyinin stendində MATM üçün ayrılmış yerdə Azərbaycan tarixini və mədəniyyətini təbliğ edən, həmçinin muzeyin zəngin fondları və baxımlı ekspozisiyaları barədə məlumat verən kitablar təqdim edilmişdir.
Sərginin qonaqları daha çox Azərbaycan və ingilis dillərində nəfis tərtib olunmuş “Bələdçi” (“Guides”), “Bələdçi” (daş dövründən XX yüzilliyədək), həmçinin “The Great silk way and Azerbaijan” və “Şirvanın bədii metalı” kitabları ilə maraqlanırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [10:30]
Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]