MİLLİ MƏCLİSİN DEPUTATI AŞPA KOMİTƏSİNİN İCLASINDA İŞTİRAK EDƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, Milli Məclisin deputatı Elmira Axundova Avropa Şurası Parlament Assambleyasının Qadınlar və Kişilər üçün Bərabər İmkanlar Komitəsinin iclasında iştirak etmək üçün yanvarın 13-də Parisə yola düşəcəkdir.
İclasda Cənubi Qafqazda qadınların vəziyyəti, Avropa Şurasının qadınlara qarşı zorakılıqla mübarizə tədbirləri, qadın yoxsulluğu, vətəndaş bərabərliyi prinsipləri, Avropada insan hüquqları və demokratiya ilə bağlı vəziyyət və digər məsələlər müzakirə olunacaqdır.
Milli Məclisin deputatı müzakirə olunacaq məsələlərlə bağlı öz fikirlərini açıqlayacaqdır.
Səfər yanvarın 16-da başa çatacaqdır.