MİNGƏÇEVİRDƏ XOCALI SOYQIRIMI İLƏ BAĞLI SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLMİŞDİR
Mingəçevir, 26 fevral (AZƏRTAC). Xocalı soyqırımının 18-ci ildönümü ilə əlaqədar Mingəçevir Şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq idarə, müəssisə və təşkilatlarda, təhsil müəssisələrində xatirə gecələri, foto və rəsm əsərlərinin sərgisi təşkil olunmuş, şəhid ailələri ilə görüşlər keçirilmişdir.
Fevralın 26-da şəhərin orta ümumtəhsil məktəblərində ilk dərs Xocalı soyqırımına həsr edilmişdir. Xocalıdan olan şəhid ailələri və şəhər ictimaiyyətinin nümayəndələri əvvəlcə “Azərbaycanlıların soyqırımı və deportasiyası” xatirə abidəsinin önünə gül dəstələri düzmüş, Şəhidlər xiyabanını ziyarət etmişlər. Sonra Mingəçevir Dövlət Rəsm Qalereyasında məktəblilərin və bağca uşaqlarının Xocalı soyqırımından bəhs edən rəsmlərinin sərgisinə baxmışlar.
Tədbir Mingəçevir Şəhər İcra Hakimiyyətində davam etdirilmişdir. Xocalıdan olan şəhid ailələrinin üzvləri - qanlı hadisənin şahidləri çıxış etmiş, erməni faşistlərinin amansızlığını xatırlatmışlar Çıxışlarda torpaqlarımızın düşmən tapdağından tezliklə azad ediləcəyinə inam vurğulanmışdır.
Şəhid ailələrinə ərzaq yardımı verilmişdir. Saat 17:00-da isə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]