Misli Premyer Liqası: XII tura iki oyunla start veriləcək
Bakı, 1 noyabr, AZƏRTAC
Bu gün Misli Premyer Liqasında XII tura start veriləcək.
AZƏRTAC xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək. İlk olaraq meydana “Turan Tovuz” və “Qarabağ” komandaları çıxacaq. Tovuz şəhər stadionunda reallaşacaq görüş saat 18:30-da başlayacaq.
Hazırda Ağdam təmsilçisi 27 xalla turnir cədvəlinə başçılıq edir. Tovuz klubu isə 24 xalla 2-ci sıradadır.
Günün ikinci matçında “Neftçi” doğma meydanda “Araz-Naxçıvan”ı qəbul edəcək. "Neftçi Arena"da təşkil olunacaq matç saat 20:30-da start götürəcək.
Rəqiblərindən bir oyun az keçirən Naxçıvan təmsilçisi 21 xalla 3-cü, Bakı klubu isə 9 xalla 8-ci yerdədir.
Qeyd edək ki, turun digər görüşləri noyabrın 2-3-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]
Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır
- 13.06.2026 [07:21]
ABŞ millisi dünya çempionatına qələbə ilə başladı
- 13.06.2026 [02:15]
Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq
- 13.06.2026 [01:37]
Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb
- 12.06.2026 [23:25]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [22:20]