Moskvada MDB-nin iştirakçısı olan dövlətlərin Turizm Şurasının iclası olacaqdır
Bakı, 13 mart (AZƏRTAC). Martın 15-də Moskvada MDB-nin iştirakçısı olan dövlətlərin Turizm Şurasının iclası keçiriləcəkdir.
AZƏRTAC MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda MDB məkanında turizmin vəziyyəti və inkişaf perspektivlərinin, 2020-ci ilədək olan dövrdə turizm sahəsində inteqrasiya proseslərinin inkişaf strategiyası layihəsinin müzakirəsi planlaşdırılır. Strategiyada turizm sahəsində inteqrasiya proseslərinin inkişafında və MDB-nin vahid turizm məkanının formalaşmasında dövlətlərin əməkdaşlığının məqsəd və vəzifələri, prinsipləri, əsas istiqamətləri təsbit olunmuşdur.
Turizm Şurası 1994-cü ildə yaradılmışdır. Onun tərkibinə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Özbəkistan, Ukrayna və Ermənistanın nümayəndələri daxildir. Şura əsas diqqəti MDB ölkələrində turizmin inkişafına dair vahid strategiyanın hazırlanmasına yetirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [10:30]
Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]