“Murmanskaya milya” jurnalında Azərbaycan xalqı haqqında məqalələr dərc olunmuşdur
Bakı, 14 mart (AZƏRTAC). “Murmanskaya milya” regional işgüzar jurnalının 22-ci nömrəsi çapdan çıxmışdır. Bu nömrədə Azərbaycan xalqı haqqında, Ümumrusiya Azərbaycanlıları Konqresinin Murmansk vilayəti şöbəsinin fəaliyyəti barədə bir sıra məqalələr dərc olunmuşdur. Bunu Murmanskın Azərbaycan diasporunun nümayəndəsi Əlihüseyn Şükürov AZƏRTAC-a bildirmişdir.
Nəşrdə 1-ci Murmansk millətlərarası forumundan bəhs olunur. Bu barədə ÜAK-ın regional şöbəsinin sədri, Rusiya Federasiyasının Murmansk vilayətinin İctimai Palatasının üzvü Afil Hüseynov söhbət açır.
“Murmanskaya milya” jurnalı regionda həmvətənlərimizin həyat və fəaliyyəti, Rusiyanın bu şimal regionunun ictimai və iqtisadi həyatında onların iştirakı barədə bir çox fotoşəkillər dərc etmişdir.
Qeyd edək ki, “Murmanskaya milya” jurnalı Murmanskda 2007-ci ildən nəşr olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]