Murmanskda Azərbaycan mədəniyyəti günü keçirilmişdir
Bakı, 13 may (AZƏRTAC). Artıq 28 ildir ki, Murmansk kolleclərindən birində şimal Kola xalqlarının ənənəvi mədəniyyət günləri keçirilir. Uzun illər boyu tələbələr Murmansk vilayətinin yerli xalqının - saamilərin həyatı haqqında yeni və maraqlı çox şey öyrənmişlər.
Bu günlərdə isə Rusiyanın bu şəhərində ilk dəfə olaraq Azərbaycan mədəniyyəti günü keçirilmişdir. Hazırda kollecdə xeyli azərbaycanlı tələbənin təhsil alması belə bir tədbirin keçirilməsini aktuallaşdırmışdır.
Bu barədə AZƏRTAC-a Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) və Azərbaycan Gənclər Birliyi Murmansk vilayət bölməsinin mətbuat katibi Əlihüseyn Şükürov məlumat vermişdir.
Murmansk vilayəti İctimai Palatasının üzvü, ÜAK-ın Murmansk bölməsinin sədri Afil Hüseynov tələbələr qarşısında çıxış edərək demişdir ki, hazırda Murmansk vilayətində təqribən 25 min azərbaycanlı yaşayır. Onlardan 13 min nəfəri Murmansk şəhərində yaşayır. Çoxları elə burada dünyaya göz açmışlar, artıq buraya uyğunlaşmışlar. Onların bütün həyatı Murmansk ilə, sərt şimal təbiəti ilə sıx bağlı olmuşdur. Afil Hüseynov səmimi qəbula görə bayramın bütün iştirakçılarına təşəkkürünü bildirmiş və hamını Azərbaycana, onun paytaxtı gözəl Bakı şəhərinə dəvət etmişdir.
Kollecin direktoru vəzifəsini icra edən Nadejda Borisovna Duvanova təbrik nitqində belə tədbirlərin əhəmiyyətini xüsusi vurğulamış və bildirmişdir ki, bu tədbirlər, şübhəsiz, Kola yarımadasında yaşayan bütün xalqlar arasında mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə kömək edir. Kollecin tələbələri də gələcək təhsil işçiləri kimi özlərində ətrafdakılara tolerant münasibəti tərbiyə etməlidirlər.
Qeyd etmək lazımdır ki, azərbaycanlı tələbələr mədəni proqram hazırlamış və akt zalında bu proqramla çıxış etmişlər. Proqramda onlar öz vətənlərinin tarixindən, mədəniyyətindən və mifologiyasından, Azərbaycanı bütün Rusiyada və dünyada şöhrətləndirmiş insanlardan söhbət açmışlar. Kollecin tələbələrinin də üzvü olduqları “Şərq incisi” ansamblının ifa etdiyi gözəl Azərbaycan rəqsləri bayram iştirakçılarının ürəyincə olmuşdur. 1-4-cü kurs tələbələri məşhur “Cücələrim” mahnısını ifa etmişlər.
Bayramın sonunda isə hamı, uşaqların özləri və Murmansk şəhərindəki Azərbaycan diasporunun ən yaxşı aşbazları tərəfindən hazırlanmış Azərbaycan mətbəxinin milli yeməklərindən dadmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.04.2025 [11:51]
Avropadakı Azərbaycan diasporu Ermənistanın mina terroruna etiraz edib
- 14.03.2025 [13:47]
Şimali Makedoniya Prezidentinin Azərbaycana səfəri başa çatıb
- 14.03.2025 [12:47]
Portuqaliyadakı Azərbaycan icmasının nümayəndələri ilə görüş keçirilib
- 25.02.2025 [14:18]
Kişineuda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
- 23.02.2025 [15:16]