Murmanskda Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi qeyd ediləcəkdir
Bakı, 8 fevral (AZƏRTAC). Murmanskda Məhəmməd Əmin Rəsulzadənin 130 illiyinə həsr edilmiş tədbir keçiriləcəkdir.
Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) Murmansk regional bölməsinin mətbuat katibi Əlihüseyn Şükürov AZƏRTAC-a bildirmişdir ki, yubiley tədbirində region ictimaiyyətinin, müxtəlif diasporların nümayəndələri, digər qonaqlar iştirak edəcəklər.
Tədbir zamanı “Məhəmməd Əmin Rəsulzadə - 130 bir dəfə yüksələn bayraq bir daha enməz!” adlı sərgi təşkil olunacaqdır. Sərgidə Azərbaycan və məşhur azərbaycanlılar haqqında kitablar nümayiş etdiriləcəkdir.
Qeyd etmək lazımdır ki, ÜAK-ın Murmansk bölməsi Azərbaycan xalqının bu ləyaqətli oğlunun 130 illiyinə həsr olunmuş bir sıra məqalələr hazırlamışdır. Həmin məqalələr Murmansk vilayəti hökumətinin rəsmi saytında dərc ediləcəkdir.
ÜAK-ın yerli KİV-lər arasında yayılmış press-relizində qeyd edilir ki, Azərbaycanın görkəmli dövlət, siyasi və ictimai xadimi, jurnalist Məhəmməd Əmin Rəsulzadə 1918-ci ildə Azərbaycan Milli Şurasının sədri olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]