Musa Qurbanlı: Oyunumuzu diqqətlə təhlil etdikdən sonra səhvlərimizi görə biləcəyik
Bakı, 25 sentyabr, AZƏRTAC
Təbii ki, nəticə bizi qane etmir. Bizim üçün vacib oyun idi. Amma meydanda nə istədiyimizi, komanda olduğumuzu göstərə bilmədik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan millisinin və “Yurqorden”in futbolçusu Musa Qurbanlı İsveç çempionatının XXIV turunda səfərdə AİK klubuna 0:2 hesabı ilə uduzduqları oyun barədə yerli mətbuata açıqlamasında deyib.
21 yaşlı hücumçu müdafiədə yaxşı oynamadıqlarını və hücuma çətinliklə keçdiklərini bildirib: “Ancaq irəliyə baxmaqdan başqa çarəmiz yoxdur. Öz oyunuma gəlincə, əslində indi bu suala tutarlı cavab verə bilməyəcəyəm. Sadəcə, yaxşı məşq etdiyimizi və matça ciddi hazırlaşdığımızı deyə bilərəm. Oyunumuzu daha diqqətlə təhlil etməliyik. Bundan sonra səhvlərimizi görə biləcəyik”.
Qeyd edək ki, “Yurqorden” komandası 24 oyundan sonra 40 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [15:38]
“Neftçi” yoxlama oyunu keçirəcək
- 01.10.2026 [15:26]
Azərbaycan voleybol millisi hazırlığını Qubada davam etdirir
- 01.10.2026 [13:41]
“Turan” voleybol komandası “Fənərbağça” ilə qarşılaşacaq
- 01.10.2026 [11:56]