Musiqi məktəbində Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Bakı, 16 iyun, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Müslüm Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbində dahi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş tədbir keçirib.
İdarədən AZƏRTAC-a bildirilib ki, ədəbi-bədii gecədə məktəbin müəllim və şagirdlərinin ifasında Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun dahi Nizami yaradıcılığından bəhs edən əsərləri, həmçinin dahi şair və mütəfəkkirin hikmətli kəlamları səsləndirilib.
Tədbirin sonunda dünya şöhrətli müğənni Müslüm Maqomayevin ifasında Üzeyir Hacıbəylinin "Sənsiz" romansı və eyni zamanda "Nizami" filmindən bəzi epizodlar ekranda nümayiş etdirilib.
Əbədi-bədii kompozisiya məktəbin feysbuk, instaqram, yutub hesabları üzərindən paylaşılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [13:32]
Gənc Tamaşaçılar Teatrında “Pullu komediya” tamaşasının premyerası olacaq
- 14.10.2026 [12:23]
Azərbaycan Beynəlxalq İnşaat Sərgisində İtaliyanın milli pavilyonu açılıb
- 13.10.2026 [21:40]
“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları
- 13.10.2026 [21:23]