Mütəxəssislər “SABAH” qruplarına işə dəvət olunurlar
Bakı, 6 yanvar, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin “SABAH” qruplarında 2022-2023-cü tədris ilinin yaz semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə vakant yerlər üçün professor-müəllim heyəti və mütəxəssislər saathesabı qaydada işə dəvət olunurlar.
Bu barədə AZƏRTAC-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, müsabiqədə magistr dərəcəsi, yüksək səviyyədə İKT və sahə bilikləri olan, innovativ tədris metodlarından istifadə edə bilən, eyni zamanda, müasir pedaqoji yanaşmalara malik, dinamik, pozitiv və ünsiyyətcil namizədlər iştirak edə bilərlər.
Tələblərə cavab verən namizədlər yanvarın 11-dək müraciət formasını doldurmalıdırlar.
Müsabiqə barədə ətraflı məlumatı linkdə "Tədbirlər və elanlar" bölməsindən əldə etmək mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [15:49]
Lənkəranda YAP-ın VIII Qurultayına həsr olunmuş elmi seminar təşkil edilib
- 15.10.2026 [15:42]
BDU-da təlim: “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər”
- 15.10.2026 [14:50]
Kollec tələbələri Keşikçidağ Kurqanlar Vadisini ziyarət ediblər
- 15.10.2026 [14:42]