M.Zaxarova: Biz Azərbaycanla münasibətləri pisləşdirə biləcək heç bir addım atmarıq
Moskva, 10 fevral, AZƏRTAC
“Biz Azərbaycanla münasibətləri inkişaf etdiririk və bu münasibətləri pisləşdirə biləcək heç bir addım atmarıq. Biz diqqətimizi bu ölkə ilə münasibətlərimizi yaxşılaşdıra bilən məqamlar üzərində cəmləşdirəcəyik. Bizi bu ölkə ilə çox tellər bağlayır”. Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova növbəti brifinqdə “Azərbaycanın da maraqlarına toxunan Türkiyə ilə dostluq haqqında 1921-ci il tarixli müqavilənin ləğv edilməsi Azərbaycan ilə münasibətlərə necə təsir göstərəcək” sualına cavabında səsləndirib. Qeyd edək ki, bu təkliflə Dövlət Dumasının deputatları Valeri Raşkin və Sergey Obuxov (Rusiya Federasiyası Kommunist Partiyasının fraksiyası) çıxış ediblər.
Dövlət Duması deputatlarının sorğusunun Rusiya XİN-də öyrəniləcəyini bildirən diplomat deyib: “Həqiqətən də, Xarici İşlər Nazirliyinin ünvanına Dövlət Dumasının deputatlarından həmin müqavilənin ləğv edilməsi təklifi ilə sorğu gəlib. Deyə bilərəm ki, hazırda bu sorğu öyrənilməlidir. Bütün işlər müəyyən olunmuş qaydada görüləcək.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]
Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]