Naxçıvanda məhkumların sərbəst səs vermələri üçün şərait yaradılıb
Naxçıvan, 1 sentyabr, AZƏRTAC
Bu gün Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində də Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə növbədənkənar seçkilər keçirilir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində parlament seçkiləri üçün Babək-Şahbuz-Kəngərli 3 saylı seçki dairəsinin 65 saylı seçki məntəqəsi, Ali Məclisə seçkilər üçün isə 14 saylı Qarabağlar seçki dairəsinin 7 saylı seçki məntəqəsi təşkil edilib.
Cəzaçəkən şəxslərə sərbəst şəkildə səsvermələri üçün şərait yaradılıb.
Qeyd edək ki, seçkilərdə bu il 1 nəfər məhkumun 18 yaşı yeni tamam olduğundan ilk dəfə səsvermədə iştirak edir.