Naxçıvanda qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 20 faizdən çox artıb
Naxçıvan, 13 avqust, AZƏRTAC
Cari ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 4278 yeni vergi ödəyicisi qeydiyyata alınıb.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, onların 4090-ı fiziki şəxslər, 188-i isə hüquqi şəxslər və digər təşkilatlar olub. Qeydiyyata alınmış vergi ödəyicilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 20,8 faiz artıb.
Bu ilin 7 ayında kommersiya qurumlarının 63,8 faizi elektron qaydada, 36,2 faizi isə kağız daşıyıcılar vasitəsilə müraciətlər əsasında uçota alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:04]
Astaranın bir hissəsinə içməli suyun verilişində fasilə yaranıb
- 15.10.2026 [13:02]