“Neftçi”–“Qalatasaray” matçı Bakı Olimpiya Stadionunda keçiriləcək
Bakı, 11 sentyabr, AZƏRTAC
UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi”-“Qalatasaray” oyunu "Bakcell Arena”da keçirilməli idi. Lakin hər iki klubun razılığı ilə matçın Bakı Olimpiya Stadionunda (BOS) təşkil olunması haqda UEFA-ya müraciət edilib.
AZƏRTAC xəbər verir ki, Avropanın ali futbol qurumu pandemiya dövründə BOS-un geniş infrastruktur imkanlarını nəzərə alaraq oyunun həmin arenada keçirilməsinə razılıq verib.
Qeyd edək ki, sentyabrın 17-də baş tutacaq görüş saat 20:00-da start götürəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [15:38]
“Neftçi” yoxlama oyunu keçirəcək
- 01.10.2026 [15:26]
Azərbaycan voleybol millisi hazırlığını Qubada davam etdirir
- 01.10.2026 [13:41]
“Turan” voleybol komandası “Fənərbağça” ilə qarşılaşacaq
- 01.10.2026 [11:56]