NİDERLANDDA TÜRKDİLLİ XALQLARIN DİASPOR NÜMAYƏNDƏLƏRİNİN İŞTİRAKI İLƏ SİMPOZİUM KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Niderland Krallığının Rotterdam şəhərində Avropada yaşayan türkdilli xalqların diaspor nümayəndələrinin iştirakı ilə simpozium keçirilmişdir.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, Avropa Türk Demokratları Birliyinin (UETD) təşkil etdiyi bu tədbirdə Azərbaycanın və Türkiyənin Niderlanddakı səfirləri, türk əsilli millət vəkilləri, Avropada tanınmış türk, Azərbaycan, İraq türkmənləri, Moldova, Qazaxıstan və digər xalqların diaspor təşkilatlarının təmsilçiləri iştirak etmişlər. Benilüks Azərbaycanlıları Konqresi və Haaqadakı Azərbaycan Türk Mədəniyyət Dərnəyi simpoziuma böyük nümayəndə heyəti ilə qatılmışlar. Azərbaycanın Niderlanddakı səfiri Fuad İsgəndərov, Benilüks Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın hər iki ölkənin diaspor təşkilatlarına verdiyi tövsiyələrdən diasporun təşkilatlanması və lobbiçilik istiqamətində atdığı addımlardan, Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyətindən söz açmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:48]
Almaniyada 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir
- 06.06.2026 [14:54]
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]