Noyabrın 16-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə zəif duman olacaqdır.
Axşam buludluluğun artacağı gözlənilir.
Temperaturun gecə 3-6° isti, gündüz 7-9° isti olacağı gözlənilir.
Bakıda gecə 3-5° isti, gündüz 7-9° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 760 millimetr civə sütunundan 764 millimetr civə sütununa yüksələcəkdir.
Nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 0-5° şaxta, gündüz 6-11° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 5-10° şaxta, gündüz 10° şaxtadan 4°-dək isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
əsasən yağmursuz keçəcəkdir.
Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Havanın temperaturunun gecə 1-6° şaxta, gündüz 2-7° isti, dağlarda gecə 5-10°, gündüz 0-4° şaxta olacağı gözlənilir.
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 18-23° şaxta təşkil edəcəkdir.
Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Havanın temperaturunun gecə 0-5° isti, gündüz 9-14° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında
gecə və səhər bəzi yerlərdə havanın yağıntılı, dumanlı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Havanın temperaturunun gecə 1-5° isti, gündüz 7-11° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 1-5° isti olacağı gözlənilir.