Noyabrın 17-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu hava şəraiti üstünlük təşkil edəcəyi, axşam və gecə saatlarında yarımadanın bəzi yerlərində az yağışlı olacağı gözlənilir.
Temperatur gecə 2-5° isti, gündüz 5-9° isti olacaqdır.
Bakıda 3-5° isti, gündüz 7-9° isti olacaqdır.
Atmosfer təzyiqi 765 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 75-85 faiz, gündüz 65-70 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 0-5° şaxta, bəzi yerlərdə 3° isti, gündüz 5-10° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər arabir duman olacaqdır.
Temperatur gecə 4-9° şaxta, gündüz 1- 5° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 4° şaxtadan 1°-dək isti, gündüz 5-10° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 1-6° şaxta, gündüz 2-7° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 18-23° şaxta təşkil edəcəkdir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 0-5° isti, gündüz 8-13° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava gündüz əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə yağıntılı, dumanlı olacağı gözlənilir.
Temperatur gecə 1-5° isti, gündüz 7-10° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 1-5° isti olacaqdır.