Noyabrın 22-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
səhər havanın tutqun, yarımadanın bəzi yerlərində çiskinli olacağı, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Havanın temperaturunun gecə 5-7° isti, gündüz 7-11° isti, Bakıda gecə 5-7° isti, gündüz 8-10° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 770 millimetr civə sütunundan 765 millimetr civə sütununa enəcəkdir.
Nisbi rütubət 80-90 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
gecə və səhər bəzi yerlərdə az yağıntı olacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Havanın temperaturunun gecə 1-5° isti, gündüz 8-12° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır.
Temperaturun gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır.
Havanın temperaturunun gecə 1-5° isti, gündüz 8-12° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
gecə və səhər bəzi yerlərdə yağıntı olacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 8-13° şaxta təşkil edəcəkdir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır.
Havanın temperaturunun gecə 2-7° isti, gündüz 8-12° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında
gecə və səhər bəzi yerlərdə yağıntı olacağı, gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Səhər dağlarda duman olacaqdır.
Havanın temperaturunun gecə 4-8° isti, gündüz 8-12° isti, dağlarda gecə 2° şaxtadan 2°-dək isti, gündüz 4-7° isti olacağı gözlənilir.
Xəbərdarlıq
Noyabrın 22-dən 25-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcəkdir. Temperatur ötən günlərlə müqayisədə 5-8° aşağı enəcəkdir.
Tibbi - meteoroloji proqnoz
Noyabrın 22-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar ücün nisbətən əlverişli olsa da, 23-ü günün ikinci yarısından başlayaraq hava şəraitinin təzadlı dəyişməsi, 24-də kəskinləşməsi, güclü xəzri küləyi fonunda soyuq diskomfort şərait meteohəssas insanlar ücün əlverişsizdir.