Noyabrın 23-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava dəyişkən buludlu əsasən yağmursuz keçəcəkdir. Günün ikinci yarısından başlayaraq havanın tutqun olacağı, axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 4-6° isti, gündüz 7-9° isti olacaqdır.
Bakıda gecə 4-6° isti, gündüz 7-9° isti olacaqdır.
Atmosfer təzyiqi normadan yüksək 765 millimetr civə sütunundan 770 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
axşam və gecə yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir.
Temperatur gecə 0-5° isti, gündüz 5-10° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,Daşkəsən-Gədəbəy rayonlarında
gecə və səhər duman, çiskin olacağı, axşama doğru qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı vardır.
Temperatur gecə 1-6° şaxta, gündüz 0-5° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru yağıntılı olacağı gözlənilir.
Temperatur gecə gecə 1-6° , gündüz 6-10° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
gecə və səhər duman, çiskin olacaqdır. Günün ikinci yarısından hava şəraitinin dəyişiləcəyi, yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Axşam bəzi yerlərdə intensiv olacağı ehtimalı vardır.
Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti, dağlarda gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 9-14° şaxta təşkil edəcəkdir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,Neftçala rayonlarında
Hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır. Lakin axşam hava şəraitinin dəyişiləcəyi, bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 1-6° isti, gündüz 6-10° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
axşam və gecə bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Temperatur gecə 2-6° isti, gündüz 6-10° isti, dağlarda gecə 0-3° şaxta, gündüz 1-4° isti olacaqdır.
Xəbərdarlıq
Noyabrın 23-ü günün ikinci yarısından başlayaraq 25-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcəkdir. Temperatur ötən günlərlə müqayisədə 5-8° aşağı enəcəkdir.
Tibbi-meteoroloji proqnoz
Noyabrın 23-ü günün ikinci yarısından başlayaraq Bakıda və Abşeron yarımadasında hava şəraitinin təzadlı dəyişməsi, noyabrın 24-də kəskinləşməsi, güclü xəzri küləyi fonunda soyuq diskomfort şərait meteohəssas insanlar üçün əlverişsizdir.