Noyabrın 24-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava şəraitinin kəskin soyuq və yağıntılı keçəcəyi, arabir sulu qar, bəzi ərazilərdə qar yağacağı gözlənilir. Temperaturun anomal gedişi gözlənilir.
Temperaturun gecə və səhər 1-3° isti, gündüz və axşam 0-2° şaxta olacağı gözlənilir.
Bakıda gecə və səhər 1-3° isti, gündüz və axşam 0-2° şaxta olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 770 millimetr civə sütunundan 777 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 90-95 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.
Temperatur gecə və gündüz 0-5° şaxta olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
qar yağacağı, arabir intensivləşəcəyi gözlənilir. Bəzi yerlərdə güclü olacağı ehtimalı vardır.
Temperatur gecə və gündüz 3-8° şaxta olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.
Temperatur gecə və gündüz 2° şaxtadan 3°-dək isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
havanın yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə güclü olacağı ehtimalı vardır.
Temperaturun gecə və gündüz 0-5° şaxta, dağlarda gecə və gündüz 3-8° şaxta olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 13-18° şaxta təşkil edəcəkdir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,Neftçala rayonlarında
havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.
Temperatur gecə 1-4° isti, gündüz 1° şaxtadan 1°-dək isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə güclü olacağı ehtimalı vardır.
Temperatur gecə və gündüz 1° şaxtadan 4°-dək isti, dağlarda gecə və gündüz 3° şaxtadan 2°-dək isti olacaqdır.