Noyabrın 28-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
Gecə və səhər havanın tutqun, yarımadanın bəzi yerlərində dumanlı, az çiskinli olacağı, gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Saniyədə 7-12 metr sürətlə şimal-qərb, axşam saniyədə 9-14 metr sürətlə cənub-qərb küləyi əsəcəkdir.
Temperatur gecə 2° şaxtadan 2°-dək isti, gündüz 5-8° isti olacaqdır.
Bakıda gecə 0°-dək, gündüz 5-7° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 769 millimetr civə sütunu olacaqdır. Nisbi rütubət 70-80 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
Hava əsasən yağmursuz, bəzi yerlərdə zəif duman olacaqdır.
Saniyədə 5-10 metr sürətlə qərb küləyi əsəcəkdir.
Temperatur gecə 3-8° şaxta, gündüz 4-9° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
Əsasən yağmursuz, lakin gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Saniyədə 5-10 metr sürətlə qərb küləyi əsəcəkdir.
Temperatur gecə 7-12° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
Əsasən yağmursuz olacaqdır.
Saniyədə 5-10 metr sürətlə qərb küləyi əsəcəkdir.
Temperatur gecə 0-5° şaxta, gündüz 1-6° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
Gündüz əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacağı, zəif qar yağacağı gözlənilir.
Saniyədə 5-10 metr sürətlə qərb küləyi əsəcəkdir.
Temperaturun gecə 3-8° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti, dağlarda gecə 9-14° şaxta, gündüz 1-6° şaxta olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 18-23° şaxta təşkil edəcəkdir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
Əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Saniyədə 5-10 metr sürətlə qərb küləyi əsəcəkdir.
Temperatur gecə 0-5° şaxta, gündüz 3-7° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
Əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır.
Saniyədə 5-10 metr sürətlə qərb küləyi əsəcəkdir.
Temperatur gecə 0-4° şaxta, gündüz 2-7° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 3° şaxtadan 2-dək isti olacaqdır.