Noyabrın 30-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın gün ərzində əsasən yağmursuz keçəcəyi, gecə və axşam isə buludlu olacağı gözlənilir.
Temperaturun gecə 0-4° isti, gündüz 5-9° isti olacağı gözlənilir.
Bakıda gecə 2-4° isti, gündüz 7-9° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 771 millimetr civə sütunundan 767 millimetr civə sütununa enəcək, nisbi rütubət 75-85 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər duman olacaqdır.
Temperatur gecə 3-8° şaxta, gündüz 5-10° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər duman olacaqdır.
Temperatur gecə4-9° şaxta, gündüz 2-7° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Səhər bəzi yerlərdə zəif duman olacaqdır.
Temperatur gecə 0-3° şaxta, gündüz 5-10° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
hava gündüz əsasən yağmursuz keçəcək, gecə və səhər duman olacaqdır.
Temperatur gecə 1-6° şaxta, gündüz 4-9° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 1-6° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər duman olacaqdır.
Temperatur gecə 1° şaxtadan 4° -dək isti, gündüz 6-11° isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər duman olacaqdır.
Temperatur gecə 1° şaxtadan 4°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 1-6° isti təşkil edəcəkdir.