“Ocaq” Latviya Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Novruz şənliyi təşkil olunmuşdur
Riqa, 21 mart (AZƏRTAC). “Ocaq” Latviya Azərbaycan Mədəniyyət Mərkəzi Riqadakı “Azərbaycan” restoranında Novruz şənliyi təşkil etmişdir.
Mərasimdə Azərbaycanın Latviyadakı səfirliyinin əməkdaşları Riqada yaşayan azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik etmişlər. Kosa və Keçəlin zarafatları, Bahar qızın çıxışı şənlik iştirakçılarında xoş ovqat yaratmışdır.
Mərkəzin bazar günü məktəbinin şagirdləri Novruza aid şerlər söyləmişlər. Xalq mahnıları “Güləbətin”, “Sarı gəlin” balacaların ifasında alqışlarla qarşılanmışdır.
Sonra məktəbin şagirdləri tamaşaçılarla birgə “Şuşanın dağları” xalq mahnısını və “Yallı” rəqsini ifa etmişlər. Qədim Azərbaycan oyunları “Haxişta”, “Dəyirman” və s. tamaşaçıların marağına və sevincinə səbəb olmuşdur. Gənc fəalların ifasında canlandırılan Məşədi İbad və Sərvər obrazları alqışlarla qarşılanmışdır.
Bayram tədbirində milli adət-ənənəmiz, mədəni irsimiz nümayiş olunmuşdur.
Mərkəzin sədri Roman Əliyev təbriklərini çatdıraraq gənc nəsli adət-ənənələrimizi unutmamağa çağırmış, çiçəklənən Azərbaycanımızda gənclərin rolunun böyük olduğunu vurğulamışdır.
Ağsaqqallar Adıgözəl Məmmədov, Alıqulu Əliyev və başqaları da Azərbaycan xalqını təbrik etmiş, ən xoş arzularını çatdırmışlar.
Sonda bayram tonqalı alovlandırılmışdır.
Nigar Hüseynova
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:48]
Almaniyada 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir
- 06.06.2026 [14:54]
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]