ODESSA-BRODI NEFT KƏMƏRİNİN BAŞA ÇATDIRILMASINI MALİYYƏLƏŞDİRMƏK MƏSƏLƏLƏRİ MÜZAKİRƏ EDİLMİŞDİR
AZƏRTAC-ın Kiyevdəki müxbiri Ukrayna Prezidenti İcra Aparatının İnformasiya Siyasəti İdarəsinin KİV üçün məlumatına istinadla xəbər verir ki, Ukraynanın iqtisadiyyat və Avropa inteqrasiyası məsələləri naziri Nikolay Derkaçın başçılığı ilə Dünya Bankı və Beynəlxalq Valyuta Fondu müdirlərinin yaz iclasında iştirak edən nümayəndə heyəti bir sıra ikitərəfli görüşlər keçirmişdir.
ABŞ İxrac-İdxal Bankının birinci vitse-prezidenti və Direktorlar Şurası başçısının birinci müavini Eypril Foli ilə görüşdə Odessa-Brodı neft kəmərinin tikilib başa çatdırılması layihəsinin həyata keçirilməsində bu bankın iştirakının mümkünlüyündən söhbət getmişdir.
Bu mövzu Ukrayna nümayəndə heyətinin Xarici Özəl Sərmayələr Korporasiyasının prezidenti Piter Vatsonla danışıqlarında da müzakirə edilmişdir.