Azərbaycan Dövlət İnformasiya Agentliyi

Odlar Yurdu – Şərqin Qərblə öpüşü

Odlar Yurdu – Şərqin Qərblə öpüşü

Bakı, 10 oktyabr, AZƏRTAC

Rusiyanın populyar “Moskovski komsomolets” qəzetində Azərbaycanın turizm potensialına həsr olunan “Odlar Yurdu ¬- Şərqlə Qərbin öpüşü” məqaləsi dərc edilib. Müəllif Cəmilə Qolubitskaya ölkəmizdə istirahət etməyin üstünlükləri, nadir mədəniyyət abidələri və Azərbaycan mətbəxindən söhbət açır.

AZƏRTAC məqaləni oxuculara təqdim edir.

 

Müasir turizmin pəhləvanı Fransa və İtaliyaya güc gəlir

Tapmacanın cavabını tap: Rusiyadan hansı ölkəyə uçuş vaxtı uzun və yorucu deyil, həmin ölkədə birdən-birə dünyanın 11 (!) iqlim qurşağı, üstəlik çimərliklər və xizək kurortları, təbii SPA-lar, qədim abidələr və mədəniyyət xəzinələri, təbiət qoruqları və orijinal mətbəx, lüks otellər və brend şopinq var... Yox, bu nə İtaliyadır, nə də Fransa, bu, daha yaxın və ən yaxşı məkandır. Çünki bu ölkədə hamı rus dilini bilir, rusiyalıları isə doğmaları kimi qarşılayırlar. Bu, son dərəcə müxtəlifliyə malik və qonaqpərvər, qədim zamanlarda “Odlar Yurdu” adlanan mehriban Azərbaycandır. Bu ölkə Avropa turistləri arasında elə sürətlə populyarlaşıb ki, artıq zarafatyana ləqəblər də qazanıb: “Şərqin Qərbi öpdüyü yer” və “Turizm pəhləvanı”. Bu zarafatlarda həqiqət çoxdur: Azərbaycan, doğrudan da, Şərq və Qərbin heyrətamiz dərəcədə istedadlı sintezidir, Azərbaycan pəhləvanları isə ta qədimdən “gəldim-gördüm-qalib gəldim” prinsipi ilə hərəkət ediblər.

 

Azərbaycana xoş gəlmisiniz!

“Xoş gəlmisiniz” - bu ölkədə qonağı belə salamlayırlar. Qonaqpərvərlik və xeyirxahlıq - bəlkə də bu çoxmədəniyyətli torpaq haqqında deyiləsi əsas sözlərdir. Odlar Yurdu gözəlliyinə görə çox incə ipək sapların zərgər dəqiqliyi ilə toxunaraq rənglər kəhkəşanını stilistik cəhətdən vahid incəsənət əsərinə çevirən, əllə toxunan bənzərsiz Azərbaycan xalısı kimidir. Bu torpaqda müxtəlif dövrlər bir-birinə üzvi şəkildə qovuşur, üstəlik gənclərin ağsaqqallara münasibəti kimi, enerjili müasirlik də qədim çağlara qayğıkeşliklə yanaşır və onun öyüdlərinə qulaq kəsilir... Odlar Yurdunun çoxsimalılığının kökləri ən qədim zamanlara gedib çıxır: onun şəhərləri İpək Yolunun üstündə yerləşib və ötən əsrlərin mədəniyyətlərinin izlərini özünə hopdurub. Müasir Azərbaycan gələcək nəsillər üçün dünya sivilizasiyasının misilsiz mərhələlərini qoruyub saxlamaqdan ötrü əlindən gələni edib. Bu gün burada köhnə dar küçələr və dəbli memarlıq tikililəri, bütün dinlərin insanla dolu məbədləri və ultramüasir idman kompleksləri bir-biri ilə dostcasına qonşuluq edir... Təbiət də darıxmağa qoymur: əzəmətli dağlar, neft və kürü ilə zəngin olan nəvazişli dəniz, həyatverici bulaqlar və palçıq vulkanları, şəlalələr və bakir təbiət qoruqları, ürkək qızılı rəngli ceyranlar və çəhrayı flaminqolar...

Azərbaycanda hər kəsin marağına uyğun turist marşrut var və hər bir marşrutda da “güc mənbəyi” - möcüzəvi, demək olar ki, sakral, səyyahı əsrlərlə yığılan enerjisi ilə qidalandıran xəritədəki nöqtələr. Məsələn, “Aleksandr Düma Qafqazda” marşrutunda Suraxanıdakı Atəşgah məbədi möcüzəvi təsir bağışlayır. “İpək Yolu” turunda Mərəzədəki Diri Baba mağarası haqqında deyirlər ki, orada niyyət eləsən, arzun mütləq həyata keçəcək! Bundan başqa At turu, Şərab turu, Quba-spa-turu, Xalça turu, Kulinariya turu, Ekotur və digərləri var. Onların hamısı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə hazırlanıb. Bakıdan başlayan günlər və saatlar dəqiq hesablanıb. Turların episentri isə turun mövzusu ilə birbaşa bağlı olan Azərbaycan incilərindən biridir.

Bakı. Azərbaycan paytaxtından aldığım ilk təəssüratı heç vaxt unutmayacağam. Məni bu şəhərə gətirən bütün dünyadan nümayəndələrin toplaşdığı Beynəlxalq Humanitar Forum idi. Müasir Heydər Əliyev aeroportundan rahat avtobuslar qonaqları yüksək təşkilatçılıqla dünya şöhrətli gözəl göydələnə - otelə çatdırırdılar. 23-cü mərtəbənin pəncərəsindən baxanda tipik Qərb meqapolisi gördüm: heç zaman yuxuya getməyən şəhər, geniş, işıqlı xiyabanlar, dəbli, müasir memarlıq və işıqlar, işıqlar, işıqlar... Bakı həmişə rahat və qonaqpərvər şəhər olub, lakin cəmi iyirmi il əvvəl bütün liman şəhərlərinə xas olan nizamsızlığı ilə seçilirdi. Amma indi nizamlı və ahəngdardır, lap kompyuter animasiyasında olduğu kimi: göydələnlər, magistral yollar və təyinatlarını o zaman anlamadığım az qala kosmik tikililər... Sonra öyrənirəm ki, “Mars tikililəri” silsiləsindən olan Heydər Əliyev Mərkəzini dünyanın ən məşhur və ən bahalı memarı, böyük britaniyalı Zaha Hadid layihələndirib. Yəqin ki, İraq əsilli Zaha Hadid Bakının təcəssüm etdirdiyi Şərqlə Qərbin ehtiraslı öpüşünü duyub və öz avanqard ideyalarını köhnə Bakı memarlığının sakit gözəlliyinə zərər vurmadan şəhərin məkanına üzvi şəkildə köçürüb.

Lakin şam yeməyindən qabaq hava almaq üçün çölə çıxdıqda, demək olar ki, tini dönən kimi qəflətən Şəhrizadın əsl nağıllar aləminə düşürəm! Avropasayağı bulvarın iki addımlığında əsl Qədim Şərq başlayır: qüllələr və minarələr, pəncərələrindən qonşuların bir-birinə əl uzadıb salamlaşa, yaxud pay verə biləcəyi daş evlər, ərəb əl yazısını xatırladan əyri-üyrü dar döngələr. Onların birində “Brilyant əl” filmindəki məşhur “Lənət şeytana!” sözləri səslənib. İçərişəhərin “ağbirçəyi” isə V əsrdə inşa edilən Qız Qalasıdır. Rəvayətə görə, sevmədiyi adama ərə getmək istəməyən gözəl bu qaladan özünü Xəzərə atıb.

Müxtəlif dillərdə səslənən kəlmələrə, “özgə nizamnamə”yə dözümlü münasibət Bakının ən qədim divarlarına hopub: Böyük İpək Yolunun keçdiyi İçərişəhərdə Şirvanşahlar Sarayı, Qız Qalası, məscidlər, karvansaralar, hamamlar, məqbərələr, mədrəsələr və rəngarəng xalça və hədiyyə mağazaları Bakıya incə Şərq ətri bəxş edir. Qəşəng mehmanxana və butiklər, teatr və stadionlar, sürətli və müasir avtomobil yolları, ehtiyatla bərpa edilən XIX əsrə aid binalar və yoldan ötən Avropasayağı gülərüzlü insanlar Azərbaycan paytaxtına özünəinam və parlaqlıq verir.

Öz amplualarının çoxluğu sayəsində Azərbaycan paytaxtı filmlər üçün çəkiliş meydançasına çevrilib. Rejissorlar məhz İçərişəhərə qədim Babil və Şəhrizadı ilə birgə Bağdaddan tutmuş müasir hərəmxanaları olan Mərakeşədək Şərqin ən mühüm şəhərlərinin rolunu verirlər.

Bakının milli və Avropa mətbəxinə malik çoxsaylı kafe və restoranlarını isə təsvir etmək niyyətim yoxdur, onsuz da şəxsi təəssürat ən yüksək gözləntini üstələyəcək.

Gəncə Azərbaycanın ikinci böyük şəhəridir və öz zəngin tarixinə şahidlik edən çoxsaylı abidələri ilə məşhurdur. Eh, burada kimlər və nələr olmayıb! Hər kəs də Gəncənin adını öz istəyinə uyğun dəyişməyə çalışıb. Məsələn, 1804-cü ildən 1918-ci ilədək bu şəhər Rusiya imperiyasının tərkibində idi və Yelizavetpol adlanırdı... Amma Gəncə gec-tez özünəməxsus, bənzərsiz mahiyyətinə qayıdıb. Bu gün Gəncədə qədimlik son texnologiya ilə yanaşı dayanır: gözəl bərpa edilən, qayğı ilə qorunan kilsə və şəhərin yaxınlığında yerləşən köhnə alman qəsəbəsi - Helenendorf; öz gözəlliyi və monumentallığı ilə Parisin Zəfər Tağı ilə rəqabət apara biləcək Heydər Əliyev Muzeyi və Heydər Əliyevin adını daşıyan tağ; son memarlıq dəbi və texnologiya əsasında tikilmiş otel-sanatoriyalarında çoxsaylı xəstəlikləri xüsusi neft növü ilə müalicə edən, orqanizmi cavanlaşdıran unikal təbii Naftalan kurortu; Şampan, Şabli və Konyak şərabçılarının təcrübə mübadiləsi məqsədilə gəldikləri şərabçılıq təsərrüfatı...

Amma Gəncənin ən cazibədar və sirli məkanı bu şəhərdə doğulmuş və yaşamış, lakin öz lirikası ilə bütün dünyada məşhur olan dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsidir. Dünyanın dörd bir tərəfindən gələn turistlər ilk növbədə, məhz böyük Nizaminin məzarını ziyarət etməyə tələsirlər. Çünki qədim bir rəvayətdə deyilir: məhəbbətin böyük tərənnümçüsünün üzü bağa baxan məqbərəsinin divarlarına toxunsanız və dahi Nizaminin ruhu ilə xəyalən söhbət etsəniz arzularınız çin olar! Xüsusilə söhbət sevgidən gedirsə...

Şahdağ. Bu yaxınlara qədər Azərbaycan dağ xizəkçiliyi ilə heç cür assosiasiya olunmurdu, halbuki bu yerlərin dağlarının şöhrətini çoxları eşitmişdi. Lakin eyniadlı dağın yaxınlığında dağ-xizək kurortu yaradılan kimi, yeni olmasına baxmayaraq, hətta ən təcrübəli və tələbkar dağ xizəkçiləri arasında belə populyarlıq qazandı. Bunun isə öz səbəbləri var və onlardan biri Azərbaycanın ənənəvi qonaqpərvərliyidir. Odlar Yurdunda, eləcə də hər bir azərbaycanlının evində əgər qonaq qarşılamağa hazırlaşırlarsa, onda bu işi çox yüksək səviyyədə görürlər. Axı yerli adətə görə, qonaq evə təkcə sevinc gətirmir, həm də evin özü üçün yaxşı əlamətdir. Buna görə də Şahdağda yaradılan bütün şərait turistlərin maksimum rahatlığına hesablanıb. Azərbaycanlılar gözəlliyi sevdikləri üçün (bütün mənalarda bu, təbiətin təsiridir) funksional təchizat həm də estetik cəhətdən gözoxşayandır - birbaşa Şahdağa əsrarəngiz mənzərənin açıldığı saray-otelləri hələ demirik.

Azərbaycanın şimal hissəsi yüzlərlə kvadratkilometr meşələr, Alp çəmənləri, bir neçə milli parkın yerləşdiyi qarlı zirvələrdir. Bu parklardan birinin iki min hektardan çox ərazisində ən yüksək Avropa səviyyəsində turizm kompleksi yerləşir.

Dağ-xizək kompleksi üçün seçilmiş yer Qafqazın ən gözəl guşələrindən biri hesab edilir və dövlətin xüsusi ekoloji mühafizəsi altındadır - saf dağ havasını, dağ xizəkçilərinin poetikcəsinə dedikləri kimi, həyat nektarıtək ciyərlərə çəkmək olar, burada əzəmətli mənzərə, bakirə təbiət və dağ xizəkçiləri üçün ideal iqlim var. Ona görə də Azərbaycan dağ-xizək idmanını sevən əziz qonaqlarına məhz ən gözəl dağ guşələrində yer ayırıb.

Şahdağa yayda da gəlirlər ki, “uzunömürlülər havası”nın (Azərbaycan dağları öz sakinlərinin uzunömürlü olmasına görə dünyada ilk üçlüyə daxildir) köməyi ilə cavanlaşsınlar, vüqarlı və harmoniyalı dağlara baxaraq dincəlsinlər, ləzzətli, ekoloji cəhətdən təmiz və faydalı qidalardan dadsınlar, üfüqə söykənən dağ silsilələrinin gözəlliyinə tamaşa etməklə gündəlik yorucu vurnuxmanı unutsunlar...

Lakin aludə olmuş xizəkçiləri konkret informasiya heyrətləndirəcək: Şahdağ trası dəniz səviyyəsindən 2500 metr hündürlükdə yerləşir, burada cəmi 19 tras var, kurortun qonaqlarını ora buqelli, kreslolu kanat yollar aparır. Traslara generator vasitəsilə yağdırılan süni qar onları daha keyfiyyətli və sürüşkən edir. Bütün bunlar xizək mövsümünü uzatmağa imkan yaradır. Burada istənilən hazırlıq səviyyəsi - dağ yamacında peşəkar xizəkçilər üçün də, yenicə başlayanlar üçün də tras var. Kiçik yaşlı qonaqlar üçün yamacda “xalça cığırı” salınıb, əgər yorulsalar, onları uşaq kompleksinə göndərmək olar. Burada uşaqları maraqlı oyunlar və təcrübəli tərbiyəçilər gözləyir. Mövsüm vaxtı Şahdağda dağ-xizəkçilik məktəbi fəaliyyət göstərir: orada eyni vaxtda snoubordu öyrənmək olar, habelə xizək təchizatı və snoubord inventar kirayəsi məntəqələri, yüksəklikdə tibbi yardım məntəqəsi və qonaqların rahatlığı və təhlükəsizliyi üçün bütün digər xidmətlər fəaliyyət göstərir. Bilavasitə xizəkdə sürüşməklə yanaşı, Şahdağda snoutyubinqlə məşğul olmaq, at belində ətrafdakı mənzərəli yerlərin seyrinə çıxmaq, “sneqostup”da piyada və ya snoumobillərdə gəzmək olar.

“Apres-ski” - xizəkdən sonrakı vaxt Şahdağda Fransa və İtaliyanın Alp kurortlarından heç nə ilə geri qalmır: bütün otellər öz qonaqlarına təchiz edilmiş SPA-zonaları, hamam kompleksləri, müxtəlif masaj növü və əlbəttə ki, heç kəsi laqeyd qoymayan bənzərsiz Azərbaycan mətbəxinin əsl ustalarının - aşpazların çalışdıqları rahat restoranları təqdim edir. Bu heyrətamiz məkanın yolu Qusar rayon mərkəzindən keçir (Bakı Beynəlxalq Avtovağzalından Qusara müntəzəm avtobus reysləri var, yolun müddəti 3 saat, qiyməti 6 manatdır). Qusardan Şahdağ kompleksinə 25 kilometrdir, yuxarıya ən yeni texnologiya ilə torpaq sürüşməsinin qarşısı alınan abad avtomobil yolu çəkilib. Qusardan Şahdağa taksi ilə getməyin standart qiyməti 5 manatdır.

 

X X X

Azərbaycanı bir söhbətə sığışdırmaq olmaz: burada haqlı olaraq Azərbaycanın İsveçrəsi adlandırılan Qəbələ də var. Hər il Qəbələ klassik və caz musiqilərinin, muğamın səsləndirildiyi Beynəlxalq Musiqi Festivalına layiqincə ev sahibliyi edir. Quba alma diyarı, Lerik şəhəri uzunömürlülər məskənidir. Heydər Əliyevin vətəni - Naxçıvan şəhəri isə Gilançay vadisində qədim Xarabagilan şəhərinin qalıqları, şərq sərhədində əfsanəvi “Gəmiqaya” - Qapıcıq dağı (qeyri-rəsmi adı Gəmiqayadır) ilə məşhurdur. Qədim Xınalıq kəndinin özünəməxsus mədəniyyəti, memarlığı və ayrıca dili var. Lənkəran şəhəri ətrafında buz dövrünü yaşamış nadir relikt meşələri olan Hirkan Milli Parkı uzanır... Şirvan Milli Parkının məşhur “Quş Venesiyası”nda - əsl şəhərdəki kimi, yolları, məhəllələri və rayonları olan bu 4 hektar təmiz suda quşlar azad yaşayır. Habelə dağ gölləri, şəlalələr və məşhur “karamel dağları”! 

Hər regionda sizi unikal yeməklərə qonaq edəcəklər, axı Azərbaycan mətbəxi ölkənin özü kimi rəngarəngdir. Lakin Azərbaycan kulinariyasında bütün regionların yeməklərini birləşdirən şeylər var - bu, istənilən milli yeməyə xüsusi dad verən nar və sumaxdır. Lakin bunun üçün dəqiq proporsiyasını bilmək lazımdır, yəni onlardan göy qutabı və dolmaya, döyməcə və şah plovuna, balıq dolmasına və gürzəyə nə qədər qatmaq lazımdır. Bu mühüm sirləri isə həmin yeməklərin vətənində öyrənmək olar... Odur ki, qulaq asmağınız bəsdir, sadəcə olaraq gəlin! Odlar Yurduna xoş gəlmisiniz!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir