Oğuzda qanunsuz qumar oyunları təşkil edilən məkan aşkarlanıb
Oğuz, 13 avqust, AZƏRTAC
Oğuz Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən çay evlərinin birində qanunsuz qumar oyunlarının təşkil edilməsi barədə əməliyyat məlumatı daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, görülən tədbirlərlə həmin obyektdə qumar oyunları təşkil edən icarədar Elnur Məmmədrəfiyev saxlanılıb. Çay evinə baxış zamanı qumar oyunlarına qoyulan pul vəsaiti və digər maddi sübutlar aşkarlanıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:40]
Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib
- 10.06.2026 [18:54]
Culfada ictimai-iaşə obyektinin fəaliyyəti dayandırılıb
- 10.06.2026 [16:19]