Oktyabrın 14-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın buludlu olacağı, oktyabrın 13-dən 14-nə keçən gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 12-16°, gündüz 17-22° isti olacağı gözlənilir.
Bakıda gecə 14-16°, gündüz 19-21° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 755 millimetr civə sütunundan 764 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85 faiz, gündüz 60-70 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, səhər və gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 8-13°, gündüz 20-25° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 6-11°, gündüz 15-20° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli- Cəbrayıl rayonlarında
bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 8-13°, gündüz 18-230 isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-
Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı vardır. Gündüz tədricən kəsiləcək, əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 7-12°, gündüz 16-210 isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 12-17°, gündüz 19-24° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı vardır. Gündüz tədricən kəsiləcək, əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 14-17°, gündüz 18-23°, dağlarda gecə 8-13°, gündüz 14-18° isti olacaqdır.
Tibbi-meteoroloji proqnoz
Oktyabrın 14-15-də Abşeron yarımadasında meteoroloji amillərin iqlim norması daxilində dəyişikliyi əksər meteohəssas insanlar üçün əsasən əlverişlidir.