Oktyabrın 22-də gündüz güclü küləkli, axşam yağışlı hava şəraiti gözlənilir
Bakı, 21 oktyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən tibbi-meteoroloji proqnoza görə, oktyabrın 22-də Abşeron yarımadasında hava şəraitinin təzadlı dəyişəcəyi, arabir güclənən gilavar küləyinin günün ikinci yarısında güclü şimal-qərb küləyi ilə əvəz olunacağı, digər meteoroloji amillərin gün ərzində xeyli tərəddüdləri gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
Sonrakı iki gün ərzində xəzri küləyi fonunda sərin və oksigenlə daha zəngin havanın üstünlüyü əksər meteohəssas insanlar üçün əlverişlidir.
Xəbərdarlıq edilir ki, oktyabrın 22-də axşamdan həftənin sonunadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı arabir yağış yağacağı gözlənilir. Temperatur tədricən aşağı enəcək, arabir güclənən şimal-qərb küləyi əsəcək.
Bakıda havanın temperaturu gündüz müsbət 21-23, gecə 16-18, Naxçıvanda gündüz 26-28, gecə 9-11 dərəcə, aran bölgəsində gündüz müsbət 23-25, gecə 16-18, dağlıq zonada gündüz müsbət 10-12, gecə 5-7 dərəcə isti olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]