Ölkə ərazisində dumanlı hava gözlənilir
Bakı, 10 dekabr, AZƏRTAC
Dekabrın 12-13-də Bakıda və bölgələrdə dumanlı hava şəraiti müşahidə olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova AZƏRTAC-a açıqlamasında bildirib ki, dekabrın 12-də Bakıda və Abşeron yarımadasında havanın
dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Dekabrın 13-də də havanın dəyişkən buludlu olacağı, axşam arabir tutulacağı,
əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Ayın 13-dək mülayim hava şəraiti hökm sürəcək.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək, lakin dekabrın 13-də gecəyə doğru bəzi yerlərdə yağıntı olacağı gözlənilir.
Azərbaycanın əksər dağlıq və aran rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]