Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ombudsman: Ermənistan ətraf mühitlə bağlı tərəfdar çıxdığı beynəlxalq konvensiyalara əməl etmir

Ombudsman: Ermənistan ətraf mühitlə bağlı tərəfdar çıxdığı beynəlxalq konvensiyalara əməl etmir

Bakı, 17 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən törədilən beynəlxalq ekoloji cinayətlərlə bağlı müraciət yayıb.

Bu barədə AZƏRTAC-a Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

“Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazilərini 30 il müddətində işğal altında saxlayan Ermənistan sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətləri törətməklə yanaşı, regionun ekoloji təhlükəsizliyinə də ciddi zərər vurub və vurmaqda davam edir. Ermənistanın münbit torpaqlara, su hövzələrinə, atmosferə, meşə fonduna, flora və faunaya, mineral sərvətlərə və enerji mənbələrinə vurmuş olduğu zərər təkcə ölkəmizdə deyil, bütövlükdə regionda ekoloji tarazlığın pozulması ilə nəticələnib. Bütün bunlar Ermənistanın ekoloji cinayətlər törətməsini, ekologiya və ətraf mühitlə bağlı qoşulduğu beynəlxalq konvensiyalarla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsini bir daha sübut edir. Lakin ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların və beynəlxalq qeyri-hökumət təşkilatlarının Ermənistanın yaratmış olduğu qlobal təhlükə mənbəyi olan problemə susqunluq nümayiş etdirməsi bizdə dərin təəssüf hissi doğurur”, - deyə müraciətdə bildirilir.

Qeyd edilir ki, ekoloji tarazlığın pozulması ilə nəticələnən cinayətlərin qarşısının alınması, cinayətkarların cəzalandırılması, bu sahədə mövcud beynəlxalq və milli qanunvericilik aktlarının tələblərinin hər bir dövlət tərəfindən icrasının təmin edilməsi qarşıda duran vacib məsələlərdən biridir.

Lakin mövcud ikili standartlar, beynəlxalq təşkilatların susqunluğu və cəzasızlıq mühitinin hökm sürməsi Ermənistanın qlobal və regional ekoloji problemlərə səbəb olan cinayətlərini davam etdirməsinə rəvac verir. Ermənistanın regional ekoloji problem yarada biləcək yeni təşəbbüslərindən biri də Azərbaycanla həmsərhəd bölgədə və Türkiyə ilə sərhədə çox yaxın ərazidə - Arazdəyən kəndində 16 min 500 kvadratmetr sahədə illik istehsal gücü 180 min ton olan 70 milyon dollarlıq iri metallurgiya zavodunu inşa etmək istəyidir. Həmin ərazidə belə bir yeni zavodun tikilməsi və tullantıların Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayına axıdılması nəinki bu çayın, eyni zamanda, Arpaçayın çirklənməsinə gətirib çıxara bilər. Tikiləcək zavodun fəaliyyəti nəticəsində havaya buraxılan zəhərli qaz fauna və floraya ciddi təsir göstərəcək. Həmçinin metallurgiya zavodu fəaliyyətə başlayarsa, geniş zolaqda ətraf mühitin, ekosistemin pozulmasına, havanın zəhərli tullantılarla çirklənməsinə səbəb olacaq. Bununla Ermənistan yenə beynəlxalq hüququn norma və prinsiplərini, xüsusilə də BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiyasının (Espo Konvensiyası) müddəalarını da kobud surətdə pozur.

Diqqətə çatdırılır ki, bundan əlavə, istismar müddətinin bitməsinə baxmayaraq, hələ də Ermənistanda fəaliyyət göstərən Metsamor Atom Elektrik Stansiyasının (AES) yalnız Azərbaycan və Ermənistanın özü üçün deyil, bütövlükdə Cənubi Qafqaz üçün real təhlükə mənbəyi olduğunu xüsusilə qeyd etmək lazımdır.

“Azərbaycan ombudsmanı olaraq tərəfimdən hələ 2021-ci il yanvarın 27-də “Metsamor AES-in bütün bölgə üçün potensial təhlükəsi barədə” Bəyanat qəbul edilib, beynəlxalq təşkilatlar Çernobıl və Fukuşimaya bənzər növbəti fəlakətin qarşısını almaq üçün stansiyanın təcili olaraq bağlanması, işinin təhlükəsiz şəkildə dayandırılması və radioaktiv tullantıların ciddi beynəlxalq nəzarət altına alınması üçün təcili tədbirlər görməyə çağırılıb. Lakin Ermənistan beynəlxalq təşkilatların “Metsamor” AES-in fəaliyyəti ilə bağlı narahatlıqlarına belə əhəmiyyət verməyib, bu stansiyanın fəaliyyətini 2026-cı ilə və ondan sonrakı müddətə qədər uzadıb”, - deyə S.Əliyeva vurğulayıb.

Eyni zamanda, Ermənistanın iri mədən müəssisələri - Qacaran mis-molibden zavodunun və Qafan filiz emalı kombinatının, o cümlədən Ley-Liçkivaz qızıl yataqlarının kimyəvi tərkibə malik sularının uzun illər ərzində transsərhəd çay olan Oxçuçaya axıdılması bölgədəki bütün su ehtiyatlarının keyfiyyətinə mənfi təsir göstərir ki, bu da insanların yaşamaq və sağlam ətraf mühitdə yaşamaq hüquqlarını birbaşa təhlükə qarşısında qoyur.

Ermənistanın su mənbələrini qərəzli şəkildə çirkləndirməsi faktlarından biri də əkinçilik üçün yararlı torpaqların suvarılmasını təmin edən Sərsəng su anbarıdır. Yeri gəlmişkən, Avropa Şurasının Parlament Assambleyasının qətnaməsində Sərsəng su anbarının texniki parametrlər baxımından uyğunsuzluğunun insanların həyat və sağlamlığı üçün potensial təhlükə yaratdığı, eyni zamanda, ciddi fəlakətlərə yol açacağı vurğulanmış, Ermənistanın hərəkətləri qlobal ekoloji problemlərə gətirib çıxaran təcavüz aktı kimi qiymətləndirilib.

Araşdırmalar göstərir ki, işğaldan azad olunmuş torpaqlarda məhv edilmiş ekosistemin bərpası üçün uzun illər və külli miqdarda vəsait tələb olunur. Ölkəmiz üçün aktual məsələyə çevrilən, çoxsaylı insan itkilərinə və xəsarətlərə səbəb olan mövcud mina problemi yüz minlərlə keçmiş məcburi köçkünün doğma yurdlarına təhlükəsiz qayıdışını ləngitməklə yanaşı, işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı tikinti-quruculuq və bərpa işlərinə, eləcə də sülhə maneə yaradır.

“Minalanmış ərazilərin, o cümlədən kütləvi məzarlıqların dəqiq xəritələrinin ölkəmizə təhvil verilməsi ilə bağlı mütəmadi şəkildə beynəlxalq təşkilatlara və aidiyyəti qurumlara müraciətlər etsək də, əfsuslar olsun ki, Ermənistan hökuməti hələ də dəqiq mina xəritələrinin təhvil verilməsi istiqamətində hər hansı bir real addım atmır, müxtəlif bəhanələrlə bu işdən boyun qaçırır. Əksinə, beynəlxalq səviyyədə heç bir təzyiqə məruz qalmadığından daha da ruhlanaraq Azərbaycanın BMT tərəfindən tanınmış və hazırda işğaldan azad olunmuş ərazilərində təxribat-diversiya qrupları vasitəsilə minalama prosesini davam etdirir, öz əməlləri ilə insanların həyat və sağlamlığına, o cümlədən ətraf mühitə ciddi təhlükə yaradır. Bütün bunlar isə, ilk növbədə, Ermənistanın ətraf mühitlə bağlı tərəfdar çıxdığı beynəlxalq konvensiyalara və digər beynəlxalq müqavilələr üzrə öhdəliklərinə də məqsədli şəkildə əməl etmədiyini bir daha sübut edir.

Azərbaycan ombudsmanı olaraq ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatları, beynəlxalq qeyri-hökumət təşkilatlarını, vətəndaş cəmiyyəti institutlarını Ermənistanın törətmiş olduğu ekoloji cinayətlər nəticəsində yaranmış qlobal və regional ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi sahəsində mövcud beynəlxalq sənədlərdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi və gələcəkdə bu kimi əməllərin təkrarlanmaması məqsədilə birgə qətiyyətli addımlar atmağa dəvət edirik”, - deyə müraciətdə vurğulanıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Elgün Hacıyev: Qərbi azərbaycanlıların qayıdış hüququ beynəlxalq mexanizmlər çərçivəsində nəzərdən keçirilməlidir

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb

Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir

Şəhid anası: Nicat haqq-ədalətə hər şeydən çox önəm verərdi

İşğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşlardan 11 min 937 nəfərinin məşğulluğu təmin olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı