Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ovannes Nikoqosyanın “Reqnum” informasiya agentliyinin dərc etdiyi məqaləsi barədə

Berlin, 8 fevral (AZƏRTAC). Ovannes Nikoqosyanın “Cənubi Sudanda referendum və “kəpənək effekti”” sərlövhəli məqaləsində (http://www.regnum.ru/news/fd-abroad/armenia/1368361.html)  mənim “Dağlıq Qarabağ bircə gün də müstəqil Azərbaycanın tərkibindən kənarda olmamışdır” adlı məqaləm (http://1news.az/analytics/20101211120847965.html)  tənqid edilir. Əvvələn onu deyim ki, mənim məqaləm erməni ekspertinin öz materialında göstərdiyi tarixdən düz bir ay əvvəl çap olunmuşdur. Nikoqosyanın məqaləsini bir növ diskussiyaya dəvət kimi qəbul etmək olar. Hərçənd, bizim həmin dəvəti qəbul etməyə o qədər də həvəsimiz yoxdur, çünki onun məqaləsində yeni və diqqətəlayiq sayıla biləcək heç bir dəlil yoxdur. Müəllifin tənqidi üç köhnə dəlilə əsaslanır ki, bunların da tutarsız olması KİV-də dəfələrlə müzakirə edilmişdir.

1) Nikoqosyanın fikrincə, Vüqar Seyidovun məqaləsi “dəqiqsizliklərlə doludur” (amma bunların məhz nədən ibarət olması göstərilmir) və o, öz opponentinə… BMT-nin Beynəlxalq Məhkəməsinin Kosovoya dair məsləhət xarakterli rəyini bir də oxumağı məsləhət görür. O, əmindir ki, həmin rəydə “birbaşa və ya dolayı şəkildə birtərəfli qaydada ayrılmanın beynəlxalq adət hüququna zidd olmaması” etiraf edilir. Təəssüflə də olsa deməliyəm ki, həmin rəyin mətni ilə bir daha tanış olmaq, hər halda, Nikoqosyanın özünə lazım gələcəkdir. Çünki o, əsas məqamı sezməmişdir - məhkəmə “birtərəfli qaydada ayrılma” məsələsinə baxmamışdır. Məhkəmənin təhlilinin predmeti artıq baş vermiş bir fakt kimi birtərəfli qaydada ayrılma məsələsi deyil, birtərəfli qaydada müstəqillik elan edilməsi məsələsi idi. Lap dəqiq desək, BMT Baş Məclisi tərəfindən 2008-ci il oktyabrın 8-də Beynəlxalq Məhkəmənin məsləhət xarakterli rəy verməsini xahiş etdiyi sual belə idi: “Kosovonun müvəqqəti özünüidarə təsisatları tərəfindən birtərəfli qaydada müstəqillik elan edilməsi (kursiv mənimdir - V.S.) beynəlxalq hüquq normalarına uyğundurmu?

Məhkəmənin rəyinə görə, “Baş Məclis tərəfindən qoyulan sual dəqiq ifadə edilmişdir. Sual dəqiq və konkretdir; orada müstəqillik elan edilməsinin beynəlxalq hüquq normalarına uyğun olub-olmaması barədə məhkəmənin rəyi soruşulur” (1). Məhkəmə xüsusi vurğulamışdır ki, Baş Məclis bu bəyannamənin hüquqi nəticələri barədə, ayrılmanın baş tutub-tutmaması barədə, Kosovonun dövlətçiliyə nail olub-olmaması barədə, eləcə də Kosovonun başqa dövlətlər tərəfindən tanınmasının həqiqiliyi və ya onun hüquqi nəticələri barədə məhkəmənin fikri (2) - yəni Nikoqosyanın istər-istəməz məhkəmə üzvlərinin ayağına yazdığı bütün məsələlər barədə sorğu verməmişdir. Məsələnin erməni opponentin təəssüf ki, sezmədiyi darçərçivəliliyini nəzərə alan məhkəmə BMT Baş Məclisi tərəfindən qoyulmuş sualın çərçivəsini özbaşına genişləndirməyi (3) və birtərəfli qaydada müstəqillik elan edilməsinin nəticələri haqqında, yəni ayrılma barədə öz mövqeyini bildirməyi lazım saymamışdır.

Başqa sözlə desək, məhkəmə onun qarşısında qoyulmuş suala cavab vermək üçün ayrılmanın baş verib-verməməsi, birtərəfli qaydada müstəqillik elan edilməsinin yeni dövlət yaranmasına gətirib çıxarıb-çıxarmaması və tanıma aktlarının statusu kimi problemləri nəzərdən keçirməkdən imtina etmişdir (4).

Bu barədə KİV-də dəfələrlə yazılsa da, təəssüf ki, artıq neçənci dəfə bunları təkrarlamaq lazım gəlir. Nəhayət, bizim opponent özünə əziyyət verib məsləhət xarakterli rəyi diqqətlə oxumalıdır ki, ən sadə bir həqiqəti başa düşsün. Məhkəmə birtərəfli qaydada “ayrılmağın” beynəlxalq hüquq normalarına uyğunluğu məsələsinə baxmamışdır, çünki bu halda məhkəmə əvvəlcə artıq baş vermiş ayrılma faktını təsdiq etməli olardı. Bu isə onun qarşısında qoyulmuş sualın çərçivəsinə daxil deyildi. Üstəlik, məhkəmə “Kosovonun müvəqqəti özünüidarə təsisatları tərəfindən birtərəfli qaydada müstəqillik elan edilməsi beynəlxalq hüquq normalarına uyğundurmu?” sualına birbaşa “bəli, uyğundur” şəklində deyil, “zidd deyildir” şəklində qeyri-müəyyən cavab vermişdir (5). Məhkəmə özünün son rəyinin bu cür ifadə edilməsi barədə yarana biləcək sualları sanki qabaqcadan görərək, tez-tələsik bu məsələyə aydınlıq gətirərək bildirmişdir ki, beynəlxalq hüquqa zidd olmamaq hələ qanunilik demək deyildir. Məhkəmə BMT Baş Məclisinin ondan istər “beynəlxalq hüquq Kosovoya belə bir pozitiv hüquq verirmi ki, o, özünün müstəqilliyini birtərəfli qaydada elan etsin, istərsə də, xüsusən beynəlxalq hüquq ümumiyyətlə hər hansı dövlətin daxilində olan orqanlara bu dövlətdən birtərəfli qaydada ayrılmaq səlahiyyəti verirmi” məsələsi barədə onun fikrini soruşmadığını vurğulayaraq (6), birmənalı şəkildə bildirmişdir: “belə bir vəziyyət tamamilə mümkündür ki, hər hansı konkret akt, məsələn, birtərəfli qaydada müstəqillik elan edilməsi beynəlxalq hüququn pozulması demək deyildir, lakin bu, heç də beynəlxalq hüququn verdiyi səlahiyyətin gerçəkləşməsi demək deyildir” (7).

Kosovonun müvəqqəti özünüidarə təsisatları tərəfindən birtərəfli qaydada müstəqillik elan edilməsinin beynəlxalq hüquq normalarına zidd olub-olmaması məsələsinə gəldikdə isə, bu sualın cavabının belə də olacağı gözlənilirdi - əlbəttə, zidd olmamışdır. Nəyi istəsəniz elan etmək olar, lakin bu, yeni dövlət yaranması kimi nəticələr verəcəyi demək deyildir. Qurultay çağırmaq olar və hamı birlikdə özlərini, məsələn, zürafə və ya antilop elan edə və hətta özlərini də buna inandıra bilərlər, lakin bunun heç bir möcüzəli nəticələri olmayacaq və təbii ki, milli qanunları və beynəlxalq hüququ pozmayacaqdır. Bu baxımdan, birtərəfli qaydada müstəqillik elan edilməsi, çox güman ki, söz azadlığı kateqoriyasına aiddir. Bir tərəfdən, buna görə adamı cəzalandırmırlar, digər tərəfdən isə, o, bir qrup şəxsin ümumi kontekstdən ayrıca götürülmüş «We, the peoples of the United Nations...» frazasından istifadə etməklə dövlət sərhədlərini özbaşına dəyişmək azadlığını nəzərdə tutmur. Əgər məhkəməyə Dağlıq Qarabağın faktik hakim dairələri və ya ABŞ-dakı lakota hindu qəbiləsi (hüquqi baxımdan bunların arasında heç bir fərq yoxdur) tərəfindən birtərəfli qaydada müstəqillik elan edilməsi barədə buna oxşar sual verilmiş olsaydı, məhkəmənin cavabı yenə də dəyişməzdi: beynəlxalq hüquqda birtərəfli qaydada bəyannamələr qəbul etmək həqiqətən birbaşa qadağan olunmur. Lakin bəyannamə qəbul edilməsi ayrılmaya və ya yeni müstəqil dövlət yaranmasına gətirib çıxarırmı - bu isə artıq başqa məsələdir.

Bununla əlaqədar, professor Ceyms Kroufordun məşhur nitqi yada düşür. O, məhkəmədə Böyük Britaniyanın mövqeyini təmsil edərkən demişdi: “Möhtərəm məhkəmə üzvləri, mən əsl Cənubi avstraliyalı kimi burada, sizin qarşınızda dayanaraq, Cənubi Avstraliyanın istiqlaliyyətini təntənəli şəkildə elan edirəm. Beləliklə, nə baş verdi? Heç nə! Mən sizin hüzurunuzda beynəlxalq hüququ pozdummu? Əlbəttə ki, yox. Mən nəticələri olmayan hərəkət etdimmi? Çox güman ki, bəli. Mənim heç bir səlahiyyətim yoxdur. Lakin məgər beynəlxalq hüquq istiqlaliyyət bəyannamələrini yalnız o halda pisləyirmi ki, bunlar səlahiyyətli və ya hərbi strukturlar kimi səlahiyyətsiz orqanlar tərəfindən elan edilmiş olsun? Məgər beynəlxalq hüquq istiqlaliyyət bəyannamələrini yalnız onların müəyyən nəticələri olanda pisləyir? Birtərəfli qaydada müstəqillik elan edilməsinin hüququ pozduğunu bildirmək mənasızdır… Bunun səbəbi də sadədir: dövlətin daxilindəki şəxslər tərəfindən qəbul edilmiş bəyannamə əsassız söz yığınıdır və onun effekti çəpik səsinin effektinə bərabərdir” (8).

Məhkəmə öz qərarını çıxarandan sonrakı ilk günlərdə “Reqnum” informasiya agentliyinin materiallarının axırında tez-tez redaksiyanın belə bir standart əlavəsini görmək olardı: “Xatırladaq ki, iyulun 22-də beynəlxalq Haaqa məhkəməsi Kosovonun müstəqilliyinin elan olunmasının qanuniliyini tanımış və beləliklə, Kosovonun özünü də müstəqil dövlət kimi tanımışdır”. Bu şərhin məhkəmənin qətnaməsində deyilənlərlə ümumi cəhəti az idi. İnformasiya agentliyinin əlavəsindəki “qanunilik” sözünü “beynəlxalq hüquqa zidd olmamaq” (bu isə heç də eyni şey deyildir) sözləri ilə əvəz etmək lazım idi, həmin cümlənin ikinci hissəsini isə tamamilə pozmaq lazım idi ki, məhkəmə üzvləri dəhşətə gəlməsin.

2) Nikoqosyanın tənqidinin əsasını təşkil edən ikinci tezis DQMV-nin “tamamilə liberal SSRİ Konstitusiyası” əsasında Azərbaycan SSR-in tərkibindən “de-yure” çıxması barədə məlum mifə əsaslanır. Düzdür, müəllif “Müttəfiq respublikanın SSRİ-dən çıxması ilə bağlı məsələlərin həlli qaydası haqqında” 1990-cı il 3 aprel tarixli SSRİ Qanununun adını çəkmir, lakin şübhə yoxdur ki, o, həmin “de-yure çıxmanın” hüquqi əsası dedikdə, məhz bu qanunvericilik aktını nəzərdə tutur. Çünki SSRİ Konstitusiyası qüvvədə olduğu son günə qədər onda muxtar qurumların müttəfiq respublikanın tərkibindən çıxmasını nəzərdə tutan maddə olmamışdır. DQVM-nin birtərəfli qaydada ayrılmasının SSRİ Qanununun müddəalarına nə dərəcədə müvafiq olması və 1991-ci il sentyabrın 2-də qondarma “DQR”-in elan edilməsinin və 1991-ci il dekabrın 10-da qondarma “referendum” keçirilməsinin hansısa hüquqi nəticələr doğurub-doğurmaması məsələsi KİV-lərdə dəfələrlə müzakirə edilmişdir. Bunları bir daha təkrar etmək istəmədiyimizə görə, Nikoqosyana məsləhətimiz budur ki, həmin mövzuya həsr edilmiş son məqalələrdən birini http://www.1news.az/analytics/20101214013035147.html  və http://www.1news.az/analytics/20101214031300944.html  oxuyub, oradakı əks dəlillərlə tanış olsun.

“De-yure” kateqoriyasından söz düşmüşkən, məlum olduğu kimi, 1991-ci il dekabrın 26-da SSRİ dağılana qədər yerli qanunların ittifaq qanunlarından “üstünlüyü” barədə respublika səviyyəsində hansı qərarların qəbul edilməsindən asılı olmayaraq, ittifaq orqanlarının qərarları hüquqi baxımdan yuxarı orqanların qərarları sayılmaqda davam edirdi. Bir daha təkrar edirik ki, de-fakto kateqoriyasından deyil, de-yure kateqoriyasından söhbət gedir. 1991-ci il noyabrın 27-də SSRİ-nin ali dövlət hakimiyyəti orqanı - SSRİ Dövlət Şurası özünün “DQMV-də və Azərbaycan Respublikasının və Ermənistan Respublikasının sərhədyanı rayonlarında vəziyyətin sabitləşdirilməsinə dair tədbirlər haqqında” qərarı ilə “Dağlıq Qarabağ Muxtar Vilayətinin SSRİ Konstitusiyasında təsbit edilmiş hüquqi statusunu dəyişən bütün aktları” Konstitusiyaya zidd hesab etmiş və “DQMV ərazisində konstitusion qaydanın bərpa olunmasını” qərara almışdı. Ertəsi gün, noyabrın 28-də ittifaq dövlətinin hüquqi iyerarxiyasında ali orqan olan SSRİ Konstitusiya Nəzarəti Komitəsi (KNK) özünün “SSRİ Ali Sovetinin və onun Rəyasət Heyətinin və Azərbaycan SSR (Azərbaycan Respublikası) və (Ermənistan Respublikası) ali sovetlərinin Dağlıq Qarabağ Muxtar Vilayəti barəsində aktları haqqında” qərarında Ermənistan SSR “Ermənistan SSR-in və Dağlıq Qarabağın birləşməsi haqqında” 1989-cu il 1 dekabr tarixli və Ermənistan SSR Mərkəzi Seçki Komissiyasının DQMV ərazisində Ermənistan SSR Ali Sovetinə seçkilər üzrə seçki dairələri yaradılması haqqında qərarını SSRİ Konstitusiyasının və SSRİ qanunlarının müddəalarından kənara çıxan qərarlar kimi, Azərbaycan Respublikası Ali Sovetinin DQMV-nin ləğv edilməsi haqqında 1991-ci il 23 noyabr tarixli qərarını SSRİ Konstitusiyasının 86-cı və 87-ci maddələrinə müvafiq olmayan qərar kimi tövsif etmişdir (9).

Beləliklə, SSRİ Dövlət Şurası və SSRİ Konstitusiya Nəzarəti Komitəsi iki respublikanın qanunvericilik orqanlarının DQMV-nin SSRİ Konstitusiyasında təsbit olunmuş hüquqi statusunu dəyişən bütün əvvəlki aktlarını etibarsız hesab etmiş və regionun Azərbaycan Respublikasının tərkibində muxtar vilayət statusunu saxlamışdır. Belə bir mühüm fakta da diqqət yetirilməlidir ki, qondarma “DQR”-in birtərəfli qaydada elan edilməsindən təxminən üç ay sonra SSRİ Dövlət Şurası və SSRİ KNK öz qərarlarında hələ də DQMV adından istifadə edirdilər. Xatırladaq ki, bunlar yuxarı ittifaq orqanlarının Ermənistan-Azərbaycan münaqişəsinə aid ən axırıncı qərarları idi. Beləliklə, SSRİ-nin ali dövlət və hüquq orqanlarının Dağlıq Qarabağa dair ən sonuncu qərarı iki müttəfiq respublikanın qanunvericilik orqanlarının DQMV-nin SSRİ Konstitusiyasında müəyyən olunmuş hüquqi statusunu dəyişən bütün qərarlarının Konstitusiyaya zidd hesab edilməsi və bölgənin Azərbaycan Respublikasının tərkibində muxtar vilayət statusunun saxlanması barədə olmuşdur.

Fakt budur ki, dəfələrlə cəhd göstərilməsinə baxmayaraq, DQMV SSRİ-nin mövcudluğunun lap son gününə qədər qanunvericilik yolu ilə, yəni de-yure Azərbaycanın tərkibindən çıxmağa və ya özünün hüquqi statusunu hansısa başqa üsulla dəyişməyə nail ola bilməmişdir (yeri gəlmişkən, bu, müttəfiq respublikalara da aiddir). Bir daha xatırlatmağa məcburuq ki, 1990-cı il 3 aprel tarixli SSRİ qanunundan nəinki muxtar qurumlar, hətta müttəfiq respublikaların heç biri istifadə edə bilməmişdir. 1991-ci il dekabrın 21-də SSRİ dağılaraq, 12 müstəqil dövlət yaranmışdır (üç Baltikyanı respublikanın müstəqilliyi 1991-ci il sentyabrın 6-da SSRİ Xalq Deputatlarının beşinci, növbədənkənar qurultayı tərəfindən tanınmışdı). İttifaq orqanlarının faktik zəifliyinə baxmayaraq bu tarixə qədər bütün SSRİ ərazisində formal cəhətdən ittifaq qanunlarının respublika qanunları və SSRİ Konstitusiyasının respublika konstitusiyalarından üstünlüyü davam edirdi. 20 ildən sonra aşkar faktlar barədə diskussiyalar aparmaq çətin olduğu kimi, erməni icmasının faktik hakimiyyət orqanlarının Azərbaycanın tərkibindən hüquqi qaydada çıxmaq üçün əməllərində də həmin “yure” amilini görmək çətin idi (bu, ittifaq orqanlarının DQMV barədə ən son qərarında öz əksini tapmışdır).

Bununla belə, Nikoqosyan “faktların aşkarlığı” anlayışını özünəməxsus şəkildə başa düşür, aşağıdakı fikri də həmin faktlar sırasına aid edir: “DQR artıq çoxdan bəri Azərbaycanın suverenliyinin şamil edildiyi ərazi deyil və buna görə də onun əhalisi bu ölkənin təbəələri deyildir, bu isə Azərbaycan Respublikası Konstitusiyasının normalarının Az.SSR-dən ayrılmış əyalətə tətbiq edilə bilməsi imkanını kənar edir”. Əgər belə olsaydı (yəni əgər de-yure və de-fakto anlayışları arasında fərq olmasaydı), onda bu gün ATƏT-in Minsk qrupu olmazdı. Həmsədrlər yığışıb öz işlərinin dalınca gedərdilər. Dağlıq Qarabağın Azərbaycandan, Nikoqosyanın dediyi kimi, “de-yure” ayrılmasından sonrakı 20 il müddətində danışıqların davam etməsi faktının özü və bu danışıqlarda “Dağlıq Qarabağa aidiyyəti olmayan” Bakının iştirak etməsi Nikoqosyanı məcbur etməlidir ki, o, de-fakto və de-yure faktlarını bir-birindən, həqiqəti isə arzu ediləndən fərqləndirməyi bacarsın. Həqiqətən bu gün Azərbaycan özünün işğal edilmiş əyaləti üzərində təsirli faktik nəzarət etmək imkanına malik deyil, lakin onun suverenliyi formal baxımdan bu əyalətə də şamil olunmaqda davam edir. Əgər öz mövqeyini beynəlxalq hüquqa əsaslandıran beynəlxalq birlik Nikoqosyanın fikrinə şərik olsaydı, o, elə həmin gün Minsk qrupunu buraxar və yeni dövləti öz sıralarına qəbul edərdi. Doğrudan da,

əgər Dağlıq Qarabağ nəinki faktik, həm də “hüquqi” mənada “müstəqildirsə”, üstəlik, öz “dövlətçiliyini” müstəqil şəkildə müdafiə etməyə qabildirsə, onda bu qurum nəyə lazımdır?

Faktların aşkarlığı başqa məqamda özünü göstərir - beynəlxalq birlik Dağlıq Qarabağ regionunu faktik cəhətdən olmasa da, formal baxımdan Azərbaycanın yurisdiksiyasının şamil edildiyi ərazi hesab edir. Azərbaycanın rəsmi hakimiyyət orqanlarının beynəlxalq birliyin nümayəndələri ilə bir masa arxasında əyləşib Dağlıq Qarabağ məsələsini müzakirə etməsi faktı da buna ən parlaq sübutdur. Dünya birliyi Azərbaycanın bu ərazi üzərində səmərəli nəzarəti faktik olaraq itirməsini qeyd edir, lakin həmin ərazinin hüquqi cəhətdən ayrılması fikrini rədd edir, beləliklə də Dağlıq Qarabağı formal olaraq Azərbaycanın tərkib hissəsi olmasını (bunu inkar etmək mümkün deyil, bu barədə, çoxsaylı qətnamələri yada salmaq kifayətdir), bununla bərabər Azərbaycan Konstitusiyasının müddəalarının həmin əraziyə şamil olunmasını tanıyır. Faktik nəzarətin itirilməsi hələ yurisdiksiyanın itirilməsi demək deyildir.

Nikoqosyan vaxtı keçmiş referendumlardan danışarkən daha bir dəqiqsizliyə yol verərək, Dağlıq Qarabağı, Cənubi Sudanı və Şərqi Timoru bir tərəziyə qoyur. Həqiqətən də referendumlar Cənubi Sudanda və Şərqi Timorda keçirilib, bütünlükdə ölkələrdə yox. Şərqi Timorla bağlı halda heç bir təəccüblü məqam yoxdur - bu ərazinin statusu tamam başqa idi, o, özü-özünü idarə etməyən ərazi kimi tanınmışdı və təbii ki, referendum bütün İndoneziyada deyil, yalnız orada keçirilə bilərdi. Cənubi Sudanda referendumun keçirilməsinə mərkəzi hökumətin razılığı verilmişdi, bu da həmin referendumu legitimləşdirir. Soçidə isə əsas məsələ təkcə səsvermənin keçirilmə müddətində deyil, həm də onun hansı ərazidə keçirilməli olmasının müəyyən edilməsində idi. Dünya birliyinin Azərbaycan konstitusiyasının formal şəkildə qüvvədə olmasını tanıdığı ərazidə Azərbaycan Prezidentinin həqiqətən onun qüvvəsini dayandırmaq niyyəti olmamışdır və indi də bu niyyətdə deyildir.

Nikoqosyan “Şərqi Timorun, Kosovonun, Cənubi Osetiyanın, Abxaziyanın və yaxın gələcəkdə Cənubi Sudanın da yaranmasından” bəhs edərkən daha bir dəqiqsizliyə yol verir. Əgər beynəlxalq hüququn müddəalarından və Beynəlxalq Məhkəmənin Kosovoya dair məsləhət xarakterli rəyinin məntiqindən çıxış etsək, Şərqi Timorun və yaxın gələcəkdə Cənubi Sudanın (lakin Kosovo, Cənubi Osetiya və Abxaziyanın yox) yaranmasından əminliklə danışmaq olar.

3) Nəhayət, Nikoqosyan üçüncü tezisində iddia edir ki, “ayrılmalar olmuşdur və yəqin ki, tamamilə legitim olacaqdır, çünki həmin əyalətlərin əhalisinin mütləq əksəriyyəti tərəfindən dəstəklənəcəkdir”. Bu, xalis populizmdir. Ona görə ki, həmin ayrılmanı dəstəkləyənlər dövlətlərin əhalisinin əksəriyyəti deyil, məhz əyalətlərin əhalisinin əksəriyyətidir! Əvvəlcə de-yure dövlətçiliyə nail olmaq, sonra isə əhalinin əksəriyyətinin dəstəyi barədə fikirləşmək lazımdır. Əgər sesessiyanın legitimləşdirilməsi üçün bu və ya digər əyalətin və ya kəndin əhalisinin dəstəyi yetərli olsaydı, onda beynəlxalq hüququn fatihəsini vermək olardı.

Etnik ermənilər qondarma “DQR”-in (bir halda ki, Nikoqosyan bu termindən istifadə edir, deməli o, Azərbaycanın işğal edilmiş 7 rayonunu da “öz ərazisinə” daxil edən bu qurumun “konstitusiyası” ilə razıdır) öz hüquqlarını bəyan etdiyi ərazinin əhalisinin mütləq əksəriyyətini təşkil etmirlər. Bu, öz yerində, əsas məsələ başqadır - əyalətin əhalisi tərəfindən bu və ya digər ideyanın dəstəklənməsi hələ sesessiyaya legitimlik çalarları gətirmir. Lakota qəbiləsini bir daha xatırlayaq, bu qəbilənin nümayəndələri də özlərinin rezervasiyasının ABŞ-dan “müstəqilliyini” qızğın dəstəkləyirdilər. Əgər bu gün etnik macarların məskunlaşdığı Slovakiyanın cənub rayonlarında və ya Krımda, müvafiq surətdə Macarıstana və Rusiyaya birləşmək və ya ən pis halda, müstəqillik barədə özbaşına referendum keçirilsə, onun nə ilə nəticələnəcəyini qabaqcadan söyləmək çətin deyil. Çində uyğurlar, Samtsxe-Cavaxetiyada ermənilər, İrandakı azərbaycanlılar, Ermənistandan deportasiya edilmiş azərbaycanlılar, Transilvaniyada macarlar, Makedoniyada albanlar, Qırğızıstanda özbəklər, Qazaxıstanın Şimal vilayətlərində ruslar arasında keçirilsə, səsvermənin nə ilə nəticələnəcəyinə şübhə yoxdur. Yüzlərlə belə misal çəkmək olar! Lakin “ümuməyalət dəstəyi” birtərəfli sesessiyanı legitimləşdirirmi? Ritorik sualdır və bu baxımdan Dağlıq Qarabağ erməniləri istisna deyillər.

Xalq dövlət üçün deyil, dövlət xalq üçündür”. Bu, həqiqətdir. Bu baxımdan Azərbaycan dövləti həqiqətən onun çoxmillətli xalqı üçün mövcuddur və onun əhalisinin əksəriyyətinin iradəsinə xidmət edir. Dağlıq Qarabağ isə dövlət deyil, Nikoqosyanın haqlı olaraq dediyi kimi, əyalətdir və bu əyalətin əhalisinin fikri bütövlükdə Azərbaycan dövlətinin fikrinin bir hissəsidir. Əgər bu fikir çoxluğun fikri olarsa, onda dövlət öz xalqının iradəsinə uyğun hərəkət edəcəkdir. Hələlik isə dövlətin parçalanması fikri marginal azlığın fikridir. Ona görə də dəlillər axtararaq, ayrılıqda götürülmüş hər bir etnik vahidin və ya qəbilənin, ayrılıqda götürülmüş hər bir kəndin və ya əyalətin nümayəndələrinə deyil, yalnız BMT Nizamnaməsini imzalamış suveren dövlətlərə aid olan «We, the peoples of the United Nations» ifadəsinə istinad etməyin mənası yoxdur. Əks halda, bir daha uyğurları, krımlıları, Qazaxıstandakı rusları, Cənubi Slovakiya və Transilvaniyadakı macarları və lap istəsəniz “göyçəliləri, zəngəzurluları” xatırlamalı olacağıq.

P.S. Fürsətdən istifadə edib, Xankəndidən olan həmvətənim Vaqram Atanesyanın “Vüqar Seyidov hansı “konstitusion qaydasını” arzulayır?” adlı məqaləsinə də qısaca remarka vermək istərdim. Konstitusion qayda barədə arzulayan Vüqar Seyidov deyil, kim isə görünür, “artıq baş tutmuş dövlət” xülyasına düşmüşdür. Bu remarkanı davam etdirməyi lüzumsuz sayıram. Bütün dəlillər KİV-lərdə dəfələrlə və anlaşıqlı formada şərh edilmişdir və o bəzi opponentlərin ən sadə həqiqətləri qavraya, erməni təbliğat və təşviqatının ən cəfəng “kəşflərindən” tezislərindən (məsələn, Azərbaycanın öz ərazilərindən “könüllü imtina etməsi” və “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” 1991-ci il 18 oktyabr tarixli Konstitusiya aktının qəbul edilməsi nəticəsində 1918-1920-ci illər sərhədinə “qayıtması” barədə tezis kimi) kənara çıxa bilməməsini nəzərə alsaq, bu dəlilləri yüzüncü dəfə təkrarlamağı lazımsız hesab edirəm.

Qeydlər:

[1] Accordance with International Law of the Unilateral Declaration of Independence In Respect of Kosovo, Advisory Opinion, International Court of Justice, July 22, 2010, p. 19, para 51. http://www.icj-cij.org/docket/files/141/15987.pdf  

[2] Ibid.

[3] Ibid.

[4] Ibid.

[5] Ibid, p. 43, para 122.

[6] Ibid, p. 21, para 56.

[7] Ibid.

[8] Public sitting held on Thursday 10 December 2009, at 10 a.m., at the Peace Palace, on the Accordance with International Law of the Unilateral Declaration of Independence by the Provisional Institutions of Self-Government of Kosovo (Verbatim Record), http://www.icj-cij.org/docket/files/141/15734.pdf  

[9] Bax: “Ведомости Съезда народных депутатов СССР и Верховного Совета СССР”, 1991, № 28, стр. 2-5.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək

Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib

Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub

Azərbaycan və Türkmənistan arasında mədəni platformalar çərçivəsində əməkdaşlığın inkişafı müzakirə edilib

Aİ komissarı üzv ölkələri sərhəd nəzarətini mərhələli şəkildə ləğv etməyə çağırıb

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Əməkdar artist: Səməd Vurğunun zəngin ədəbi irsi yaşadıqca, adı da daim yaşayacaq

"Şamaxı" legioner futbolçu ilə vidalaşıb

Naxçıvanda Vl siniflər üzrə monitorinqdə 5 minə yaxın şagird iştirak edib FOTOLAR

Macarıstanda aztəminatlı ailələrdən tamamlanmamış layihələrə görə milyonlarla forint geri tələb oluna bilər

Vüqar Hacıyev: Yaradıcılıq gecəsində Vaqif obrazını canlandırmaq mənə xüsusi fəxr hissi yaşatdı

Küveyt Beynəlxalq Hava Limanı müvəqqəti məhdudiyyətdən sonra uçuşları bərpa edib

PUA hücumu nəticəsində Livan generalı ölüb

İcraçı vitse-prezident: Xəzər dənizinin ətrafında avtomobillərin festivalı maraqla qarşılanıb

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” - KONFRANS

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib

Binədə mağazada yanğın baş verib VİDEO

Binədə mağazada yanğın baş verib VİDEO

Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb

ABŞ Məzunları Sərgisində 45-dən çox ABŞ universiteti və təhsil təşkilatları təmsil olunub

Prezident Sərdar Berdiməhəmmədov Türkmənistanın qardaş Azərbaycanla əməkdaşlığın inkişafına sadiq qaldığını bildirib

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir

Azərbaycan Qazaxıstanda keçirilən “AI Leaders 2026” proqramında iştirak edib

Qobustanda əmək yarmarkası: yeni vakansiyalar açıqlandı

QHT-lərə Dövlət Dəstəyi Agentliyi İstanbulda Sıfır Tullantı Festivalında təmsil olunur

Nazir rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramının məzunları ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Vəkillər Kollegiyasının Rəyasət Heyəti bir sıra qərarlar qəbul edib

Naxçıvanda iyun ayının pensiyaları ödənilib

Azərbaycan Mədəniyyəti Günləri: Aşqabadda qala-konsert təşkil edilib

Türkmənistanda Müstəqillik Günü və Azərbaycanın Mədəniyyət Günləri qeyd olunub

İsveçin Kralı Əlahəzrət XVI Karl Qustava

® Mərkəzi Gömrük Hospitalında “Səhiyyədə Peşəkar Davranış: Tibbi etika, deontologiya və effektiv komanda əməkdaşlığı” mövzusunda seminar keçirilib

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb

Aşqabadda Səməd Vurğun sorağı

Ölkədə qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası ilk dəfə Ağstafada istifadəyə verilib

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb

Aşqabadda Əcəmi Naxçıvaninin 900 illiyi qeyd olunub

Azərbaycan nefti 99 dollara satılır

Göyçayda taxıl biçininə başlanılıb VİDEO

Göyçayda taxıl biçininə başlanılıb VİDEO

“Politico”: NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardımı müzakirə edir

Oğuzda fermer və sahibkarlarla müzakirələr aparılıb, təkliflər dinlənilib

Şəkidən Karaqandaya: diplomatiya yolunu seçən azərbaycanlı tələbənin hekayəsi

“Axios”: Vitkoff və Kuşner nüvə mütəxəssisləri ilə görüşüblər

İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirib

NYT: ABŞ mayda Hörmüz boğazından 100-dən çox gəminin keçidinə yardım edib

Kuril adaları yaxınlığında 5 bal gücündə zəlzələ baş verib

ABŞ Prezidenti: İran raket arsenalının 21-22 faizini qoruyub saxlayır

Tədqiqat: Manqrov meşələri bərpa olunur

Türkiyənin Rəqabət Şurası “Meta” şirkəti ilə bağlı araşdırmaya başlayıb

Tramp: İran məsələsini çox tez bir zamanda həll etməliyik

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı radar məntəqələrinə zərbələr endirib

İsveçdə seçkilər ərəfəsində miqrasiya mövzusu yenidən ön plana çıxır

Pentaqon: Avropa təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır

HƏMAS nümayəndə heyəti Qəzza ilə bağlı danışıqlar üçün Misirə gəlib

Almaniya və Fransa liderləri Avropa İttifaqının tezliklə genişləndirilməsinin tərəfdarıdırlar

ABŞ İran futbolçularına Dünya Kuboku üçün viza verib

Türkmənistanda “Azərbaycan milli irsinin inciləri” adlı sərginin açılışı olub

Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub

Qəbələdə fermerlər və kənd təsərrüfatı məhsulları istehsalçıları ilə görüş olub

Qara dənizdə Türkiyə bayrağı altında üzən balıqçı gəmisinə hücum olub: 1 ölü, 4 yaralı

Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani VİDEO

Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani VİDEO

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib

Heydər Əliyev Sarayında Səməd Vurğunun yaradıcılığına həsr olunan ədəbi-bədii tədbir

Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb

Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib VİDEO

Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib VİDEO

Türkiyədə “Qarabağdan Çanaqqalaya: Türkün zəfər yolu” layihəsi çərçivəsində ustad dərsi

Putin Zelenski ilə mümkün görüş barədə danışıb

“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib

Vladimir Putin iri şirkətlərin Moskvadan regionlara köçürülməsinin vacibliyini bəyan edib

Fidan Hacıyeva: Ardıcıl ikinci ildir ki, Azərbaycanı Vyetnamda qürurla təmsil edirəm

Neft və təsviri sənət: Səttar Bəhlulzadə - “Xəzərdə axşam” VİDEO

Neft və təsviri sənət: Səttar Bəhlulzadə - “Xəzərdə axşam” VİDEO

Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir

Türkiyənin ticarət naziri proteksionizmdən imtina etməyə və azad ticarəti dəstəkləməyə çağırıb

Almaniya, Fransa və Böyük Britaniya liderləri bazar günü Londonda Ukrayna Prezidenti ilə görüşəcəklər

Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq

Millinin minifutbolçusu: Avropa çempionatında minimum hədəfimiz finala yüksəlmək idi

MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb

Vitse-prezident: Çempionluq hazırlıqlara çox ciddi yanaşmağımızın nəticəsidir VİDEO

Vitse-prezident: Çempionluq hazırlıqlara çox ciddi yanaşmağımızın nəticəsidir VİDEO

Millinin üzvü: Dünya çempionu olduğumuz üçün rəqiblər bizə qarşı xüsusi motivasiya ilə oynayırdılar VİDEO

Millinin üzvü: Dünya çempionu olduğumuz üçün rəqiblər bizə qarşı xüsusi motivasiya ilə oynayırdılar VİDEO

Bu saata olan əsas xəbərlər

Seçmə mərhələ: Azərbaycan millisi Macarıstana uduzub

Azərbaycanın qadın voleybolçuları İsveç yığması ilə qarşılaşıb

Ekspert: BƏƏ-Azərbaycan layihələri enerji sahəsində tərəfdaşlığın inkişafı üçün möhkəm əsas yaradır

Millinin baş məşqçisi: Final oyunu çətin oldu, amma futbolçular toparlanaraq möhtəşəm çıxış etdilər VİDEO

Millinin baş məşqçisi: Final oyunu çətin oldu, amma futbolçular toparlanaraq möhtəşəm çıxış etdilər VİDEO

Uşaqlar UNEP-in icraçı direktoruna praktik ekoloji həllər təqdim etdilər

Ədirnə Biennalesində azərbaycanlı rəssamın əsərləri sərgilənir 

İşğaldan azad edilmiş ərazilərə köçürülən sakinlər məşğulluq və sosial dəstək tədbirləri ilə əhatə olunublar

Tullantıların içərisindən tapılan dəmir pullar uşaqları sevindirib

Avropa çempionu olan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb VİDEO

Avropa çempionu olan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb VİDEO

Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO

Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO

Hidrogen enerjisi BƏƏ-Azərbaycan enerji tərəfdaşlığının növbəti mərhələsi ola bilər – RƏY

Yaponiya səfirliyi: ADA Universitetində keçirilən festivalda iştirak humanitar əlaqələri gücləndirir

Rusiyalı mütəxəssis: Xəzərin enməsi prosesi davam edəcək

Çin şirkətləri Azərbaycanın iqtisadi potensialı və işgüzar mühiti barədə məlumatlandırılıb

Milli Məclisin komissiyası CNN-in informasiya təxribatına dair bəyanat yayıb

Regionlardakı təcili tibbi yardım bölmələrinə 25 yeni ambulans və reanimobil təhvil verilib

ADSEA nümayəndəsi: Xəzərin bir neçə metr aşağı düşməsi daha mürəkkəb problemlərə səbəb olacaq

® “Azercell” IV Milli Kibertəhlükəsizlik Forumunda süni intellektəsaslı həllərini təqdim edib