Özbəkistan Parlament Məclisinin sədr müavini: Azərbaycanda prezident seçkiləri tam demokratik şəkildə keçdi VİDEO
Bakı, 11 aprel, AZƏRTAC
Azərbaycanda prezident seçkiləri tam demokratik şəkildə keçdi. Müşahidə apardığımız bütün məntəqələrdə seçici fəallığı var idi.
AZƏRTAC xəbər verir ki, bu sözləri Özbəkistan Parlament Məclisi sədrinin müavini Sarvar Otamuratov aprelin 11-də prezident seçkiləri ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
O deyib ki, bütün partiyaların nümayəndələri, həmçinin müstəqil müşahidəçilər səsvermə prosesini sərbəst şəkildə izlədilər. Bundan başqa, seçki məntəqələrində veb-kameralar quraşdırılmışdı ki, bu kameralar vasitəsilə seçki prosesini canlı izləmək mümkün idi.
Sonda Sarvar Otamuratov Azərbaycana bütün sahələrdə uğurlar arzulayıb.