Özbəkistanda anomal soyuq hava gözlənilir
Səhra zonalarda bəzi yerlərdə 25-27 dərəcə şaxta olacaq
Bakı, 6 yanvar, AZƏRTAC
Gələn həftə Povoljye istiqamətindən Özbəkistan ərazisinə Rusiyanın Avropa hissəsinin şimal bölgələri üzərində əmələ gələn həddən artıq soyuq hava kütləsi daxil olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Özbəkistan Respublikasının Hidrometeorologiya Xidməti Mərkəzinin (“Özhidromet”) məlumatında deyilir.
Bildirilir ki, 9-11 yanvar tarixlərində respublikanın əksər hissəsində yağıntılar (yağış, qar) olacaq. Dağlıq və dağətəyi bölgələrdə qar yağacağı, bəzi yerlərdə qarın güclü olacağı gözlənilir. Yanvarın 9-10-da bəzi yerlərdə küləyin saniyədə 15-20 metrə qədər şiddətlənəcəyi ehtimal olunur.
Yanvarın 10-15-də respublika üzrə anomal soyuq hava gözlənilir. Havanın temperaturu gecə mənfi 12-17 dərəcə, gündüz mənfi 5-8 dərəcəyədək enəcək, şimal ərazilər üzrə gecə mənfi 17-22, Üstyurd və səhra zonalarında bəzi yerlərdə mənfi 25-27, gündüz 7-10 dərəcə şaxta, cənub ərazilər və Fərqanə vadisi üzrə gecə mənfi 5-10 dərəcə, gündüz 2-5 dərəcə şaxta olacaq.
Yanvarın 6-10-da Özbəkistanın dağlıq ərazilərində qar uçqunu təhlükəsi yaranacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]