Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Papaqçılıqla məşğul olan sənətkarlar barmaqla sayılacaq qədər azalıb” - şəkili usta

Şəki, 5 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

Papaqçı Aqil Kərimov Şəkidə yaxşı tanınan sənətkarlardandır. O, 30 ildir ki, bu sənətlə məşğuldur. Papaqçılıq Aqil ustanın ata-baba sənətidir. Babası İsmayıl kişi vaxtilə Qori seminariyasını bitirsə də, sonralar papaqçılıq sənəti ilə məşğul olmağa başlayıb. Şəkidə tanınan sənətkarlardan biri olub. Aqil usta sənətin sirlərini atası Qurbanəli kişidən öyrənib. Atası da sağlığında Şəkidə papaqçılıqla məşğul olan ən yaxşı sənətkarlardan biri idi.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda Aqil usta Şəki şəhərinin M.F.Axundzadə prospektində, “Yuxarı Karvansaray” mehmanxana kompleksindəki dükanlardan birində yerləşən kiçik emalatxanasında ata-babasından miras qalan papaqçılıq sənətini böyük sevgi ilə yaşadır.

Usta deyib ki, Azərbaycanda papaqçılıq sənətinin çox qədim tarixi var. Vaxtilə ölkəmizdə 650-yə yaxın papaqçı olub. Onların 250 nəfəri Şəkidə fəaliyyət göstərib. Papağın kişilik, qeyrət rəmzi olduğunu vurğulayan Aqil usta bildirib ki, papaqçılıq həmişə Şəkidə ən hörmətli sənət növlərindən biri sayılıb. Papaq həm də milli dəyərlərimizdən biridir, bu geyim növünə həmişə böyük hörmət-izzət olub. Qədim dövrlərdə kişinin başında papaq olması şərt idi.

Onun sözlərinə görə, yaxşı papaqçı olmaq üçün həyatını bu sənətə həsr etmək lazımdır. Papaqçılıq sənəti yarımçıqlıq sevmir. “İndi Şəkidə papaqçılıqla məşğul olan sənətkarlar barmaqla sayılacaq qədər azalıb. Ata-babalarımızdan miras qalan bu qədim el sənətini yaşatmaq, gələcək nəsillərə ötürmək lazımdır. Papaq bizdə qeyrət rəmzi sayılır”,- deyə Aqil usta vurğulayıb.

O bildirib ki, ən yaxşı papaqlar əsasən “qaragül” cinsli quzuların dərisindən hazırlanır. Azərbaycanda belə quzular olmadığından xammal üçün lazım olan dəri Orta Asiya respublikalarından, əsasən Özbəkistandan gətirilir. Əsas odur ki, quzunun dərisinin üzərindəki düyünlər açılmasın. Bu cür papaqlar tikmək o qədər də sərfəli deyil. Çünki bir papaq hazırlamaq üçün bir neçə quzunun dərisi lazımdır. Ona görə də “qaragül” papaqların qiymətləri baha olur.

Papaqların qiymətlərinə gəldikdə, qiymətlər materialdan asılı olaraq dəyişir. Süni dəridən olan papaqlar 25 manata satılır. “Qaragül” dərisindən hazırlanan papaqların qiyməti isə 90 manatdan 500-600 manatadəkdir. Usta qeyd edib ki, ən bahalı papaqlar gümüşü rəngdə olan əntiq dəridən hazırlanır. Tikdiyi ən bahalı papağı 600 manata satıb. Həmin papaq da əntiq dəridən hazırlanmışdı.

Aqil ustanın tikdiyi papaq Bolqarıstan Prezidentinə də hədiyyə olunub və o, bundan çox qürur duyur.

Qışda və yay aylarında müştəriləri daha çox olur. Turistlər daha çox milli və ağ rəngli çoban papaqları ilə maraqlanırlar. Bu papaqların qiyməti isə 40-60 manat arasında dəyişir. Çoban papaqlarını əsasən rəqs kollektivləri alırlar. Belə papaqların materialı yerli qoyunların dərisindən əldə edilir.

Ustanın emalatxanasının divarları sanki muzeyi xatırladır. Divar boyunca müxtəlif formalı papaqlar düzülüb. Aqil usta bununla bağlı maraqlı bir əhvalatı yada salaraq deyir: “Bir gün emalatxanamda oturub papaq tikirdim. İçəri bir nəfər yaşlı kişi daxil oldu. Hiss olundu ki, yerli deyil, gəlmədir. Qonaq divardakı hazır papaqlara baxdı, sonra da stolun üstünə pul qoyub çıxmaq istədi. Soruşdum ki, bu nə puldur? Cavab verdi ki, bura muzey deyil? Bilet puludur da”.

Papaqçı Aqil Kərimov dəfələrlə respublikamızda keçirilən müxtəlif sərgilərdə, o cümlədən Novruz bayramı günlərində Bakıda, Dənizkənarı Milli Parkda təşkil olunan sərgilərdə iştirak edib.

Şəkili papaqçı bildirib ki, bu sənət, həm də onun ailəsinin qazanc mənbəyidir. Üç övladından birinə papaqçılığın sirlərini öyrədir. İstəyir ki, ata-babalarından yadigar qalan papaqçılıq sənəti ölməsin, davam etdirilsin.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransa beynəlxalq hesabatlarda: Polis zorakılığı, hüquq pozuntuları və artan repressiyalar

Nurjan Marabayev: Mövcud geosiyasi vəziyyət Orta Dəhlizin əhəmiyyətini daha da artırır

Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları ilk yardım barədə məlumatlandırılıblar

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB

Milli Kibertəhlükəsizlik Agentliyi maarifləndirmə tədbirlərini 133 məkanda həyata keçirir

Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb

Azərbaycana daimi köçən gənclərin sayı 15 faiz artıb, ölkədən gedənlərin sayı 12 faiz azalıb – QRAFİK

Bakı Sammiti Azərbaycanın Asiyada çoxtərəfli diplomatiyanın inkişafına verdiyi töhfənin göstəricisidir - RƏY

Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 4 noyabr tarixli 122/09 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları haqqında” 1-yol №-li illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Azərbaycanın elmi tədqiqatı Vyanada nüvə enerjisi üzrə beynəlxalq konfransda təqdim edilib

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub

“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub

Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb

Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci olub

Taleh Kazımov: Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq iqtisadi dayanıqlılığa töhfə verir

Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir

İqlim dəyişmələri Fransanın 20 tarixi abidəsini məhv olmaq təhlükəsi ilə üzləşdirib

UNEC alimlərinin hazırladıqları məqalə nüfuzlu “Elsevier” nəşriyyatında dərc olunub

I Beynəlxalq İnklüziv Məşğulluq Konfransı çərçivəsində üçüncü panel sessiya təşkil olunub

Xalq şairi Vahid Əziz Şamaxıda tələbələrlə görüşüb

Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək

Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib

Şəhərlərin böyüməsi və ekoloji balans: Professor dayanıqlı inkişafın şərtlərini açıqlayıb

Kolorado Universitetinin baş mütəxəssisi: Gələcəyin bioinformatikləri biologiya ilə proqramlaşdırmanı birləşdirməlidir

Baş katib Kayrat Sarıbay: AQEM digər dövlətlər üçün də cəlbedici platformadır

Dövlət Komitəsinin sədri Ağdamda vətəndaşlarla görüşüb

Səbail rayonunda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əyyub Quliyev: Bu abidə bütövlükdə Azərbaycan tar sənətinin şərəfinə ucaldılıb

Beynəlxalq və xarici ölkələrin milli paralimpiya komitələrinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib

AQEM-in əsas məqsədi dövlətlər arasında dialoqun gücləndirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsidir - ŞƏRH

İran rəsmisi regional əməkdaşlığın gücləndirilməsində Azərbaycanın səylərini yüksək qiymətləndirib

“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB VİDEO

Şəhid anası: Azərbaycanın qazandığı uğurlar gələcəyimizə inamı artırır

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

Agentlik: “Rəqəmsal rabitə” informasiya sistemi proseslərin əlaqəli fəaliyyətinə imkan yaradacaq

Lənkəranda toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb

Bakı Bəyannaməsi qəbul edilib

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür

BMT-nin Avropa Mərkəzində Azərbaycanda sosial müdafiə sahəsində həyata keçirilən islahatlardan danışılıb

Avropa İttifaqı Yaxın Şərqdə gərginlik səbəbindən Körfəz ölkələri ilə sammiti təxirə salıb

Mərkəzi Bank “Bank of New York Mellon”la əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib

Zövq, kimlik və qadın zərifliyinin ipək simvolu - Kəlağayı

Astaranın bir hissəsinə içməli suyun verilişində fasilə yaranıb

Çinin xarici ticarətinin barometri olan Kanton sərgisi başlayıb

Azərbaycanın AQEM-də iştirakı onun iqtisadi inkişafına dəstək verəcək - ŞƏRH

Azərbaycanla Kambocanın rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Görmə qabiliyyətinin bərpası istiqamətində mühüm addım: xəstəyə çip implantasiya edilib

Hindistanlı nazir: AQEM-in təsisçi üzvü olaraq, sülh istiqamətində tərəfdaşlığı dəstəkləyirik

Lənkəranda YAP-ın VIII Qurultayına həsr olunmuş elmi seminar təşkil edilib

MDB-nin Əmək, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik Azərbaycana keçib

Türkiyə Qara dənizdə gündəlik qaz hasilatını 20 milyon kubmetrə çatdırmağı planlaşdırır

Qırğızıstanda neft məhsullarının istehsalı 1,9 dəfə artıb

Türkiyə Müdafiə Nazirliyi: Səudiyyə Ərəbistanına dəstək addımları ölkə Konstitusiyasının tələblərinə cavab verməlidir

BƏƏ-nin dövlət naziri: Sülhün təmin olunması üçün birgə çağırışların öhdəsindən gəlməliyik

NDU-da təhsilin inkişafı, rəqəmsallaşma və elmi innovasiyalar diqqət mərkəzindədir

“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib

Bakıda Azərbaycan və Qazaxıstan prezidentləri görüşüblər, Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər

Azərbaycanın müasir dövlətçilik tarixində mühüm uğurlarla yadda qalan 23 il - ŞƏRH

Sergey Lavrov: Bizim vəzifəmiz Müşavirəni yeni reallıqlara uyğunlaşdırmaqdır

Fəxrəddin Manafov: Ramiz Quliyev milli musiqimizin inkişafına mühüm töhfələr verib

Budapeştdə iki məktəbə bomba hədəsi ilə bağlı məktublar daxil olub

Humayun Kabir: Azərbaycanın AQEM-ə sədrliyi Asiyada əlaqələrin güclənməsinə xidmət edir

Dövri tikinti sənayesinin inkişafında universitet–sənaye əməkdaşlığının rolu müzakirə olunub VİDEO

Dövri tikinti sənayesinin inkişafında universitet–sənaye əməkdaşlığının rolu müzakirə olunub VİDEO

“Dövlətimizi yad təhlükələrdən qorumaq hər birimizin borcudur” – Şəhidin həyat yoldaşı

Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçıları üçtərəfli əməkdaşlığı müzakirə ediblər

Lautaro Martinez Milan derbisini buraxa bilər

Dünyəvi məktəb – milli dövlətçiliyin və ideoloji təhlükəsizliyin təminatıdır ŞƏRH

Bakıda inklüziv məşğulluq sahəsində ən yaxşı qlobal təcrübələrdən danışılıb

Şahzadə Harri və Meqan Markl Britaniyaya qayıtdıqdan sonra ilk dəfə birlikdə ictimaiyyət qarşısına çıxıblar

Belçikalıların dörddəbiri kiçik elektron cihazların düzgün utilizasiyası qaydalarını bilmir

AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir

® “Birbank Invest” vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı

Müşavir: Bu ilin doqquz ayında azad olunmuş ərazilərdə 1100 transformator təmir olunub

“Filtrsiz” podkastında sağlam qidalanma mövzusu müzakirə olunub VİDEO

“Filtrsiz” podkastında sağlam qidalanma mövzusu müzakirə olunub VİDEO

Azərbaycan Türk dünyasının iqtisadi və enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

Şri-lankalı nazir: AQEM Azərbaycanın sədrliyi dövründə böyüməyə, güclənməyə davam edəcək

“Azərişıq”: Azərbaycanda elektrik enerjisi itkilərində azalma tendensiyası daim müşahidə olunur

Qarabağ həqiqətlərinin rəqəmsal mediada təbliği müzakirə olunub VİDEO

Qarabağ həqiqətlərinin rəqəmsal mediada təbliği müzakirə olunub VİDEO

Bəhreyn XİN: Azərbaycan nəqliyyat sistemlərinin səmərəliliyinin təmin edilməsində mühüm rol oynayır

Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur

Mənsum İbrahimov: Ramiz Quliyev xalqımızın qəlbində özünə əbədi abidə ucaltmış sənətkardır

Tanınmış alim İlham Məmmədova həsr olunmuş biblioqrafik göstərici işıq üzü görüb

Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatının pley-off mərhələsində

Azərbaycan alimləri Türkiyədə keçirilən beynəlxalq üzümçülük simpoziumunda iştirak ediblər

® “AccessBank” və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir

Xətai rayonunda YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələrlə bağlı müşavirə keçirilib

Hərbivəzifəlilərin təlim toplanışı davam edir

Bilgəh qəsəbəsində avtomobilin aşması nəticəsində 2 nəfər ölüb VİDEO

Bilgəh qəsəbəsində avtomobilin aşması nəticəsində 2 nəfər ölüb VİDEO

Pakistanın Misirdəki səfiri azərbaycanlı tədqiqatçı-alimi təltif edib

Azərbaycan Almatıda Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin iclasında iştirak edəcək

Sahibə Qafarova və İqor Sergeyenko parlamentlərarası əlaqələri müzakirə ediblər

Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib

Tünzalə Yusifova: Güclü dövlətin gələcəyi savadlı və vətənpərvər gənclərdən asılıdır