Azərbaycan Dövlət İnformasiya Agentliyi

PARİSDƏ AŞPA KOMİTƏSİNİN YIĞINCAĞI KEÇİRİLMİŞDİR

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, dekabrın 12-də Avropa Şurasının Parisdəki ofisində Avropa Şurası Parlament Assambleyası qadın və kişilərin hüquq bərabərliyi komitəsinin yığıncağı keçirilmişdir. Komitə üzvləri gündəlikdəki Avropada qadınlar arasında QİÇS-in yayılması, qadın alveri, Cənubi Qafqazda qadınların vəziyyəti, mətbuatda qadın təsviri, Avropada demokratiya və insan hüquqlarının vəziyyəti və sair məsələləri müzakirə etmişlər.

Əvvəlcə hollandiyalı deputat Leo Platvoyetin “Qadın alveri” mövzusunda məruzəsi dinlənilmişdir. Məruzəçi son zamanlar qadınların daha tez-tez qarşılaşdığı bir problemin - qadın alverinin Avropada geniş yayıldığını, bu vəziyyətə daha çox Şərqi Avropa ölkələrində rast gəlindiyini söyləmiş, incə məxluqların əşya kimi alınıb-satılmasının bəşəriyyət üçün necə təhlükələr yarada biləcəyini qeyd etmiş, Avropa Şurasının üzvü olan dövlətləri ümumi narahatlıq doğuran bu məsələ ilə ciddi mübarizə aparmağa çağırmışdır.

Məruzə ətrafında çıxış etmiş Azərbaycanın Avropa Şurası yanında nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Elmira Axundova qadın alverinə qarşı mübarizədə dövlətimizin təcrübəsinə toxunaraq bildirmişdir ki, bu məsələ başqa ölkələr kimi, Azərbaycan üçün də aktualdır. Azərbaycanda da iş adı altında aldatma yolu ilə qadınları ərəb ölkələrinə, Türkiyəyə və digər ölkələrə apararaq, onları pis yola düşməyə vadar edirlər. Azərbaycanda problemin qarşısını almaq üçün ciddi tədbirlər görülmüş Cinayət Məcəlləsinə 144-cü maddə əlavə edilmişdir. Əgər bir neçə il əvvəl qadınları pis yola təhrik edənlərə 3 il şərti cəza verilirdisə, Cinayət Məcəlləsinin yeni maddəsində onlara 5 ildən 8 ilədək ciddi rejimli həbs cəzası nəzərdə tutulmuşdur.

Bundan əlavə, respublikanın Daxili İşlər Nazirliyi tabeliyində insan alverinə qarşı mübarizə idərəsi yaradılmışdır və bu qurum səmərəli fəaliyyət göstərir.

Ölkəmizdə trafik qurbanlarının reabilitasiya mərkəzinin fəaliyyət göstərdiyini qeyd edən E.Axundova, təkcə keçən il hüquq mühafizə orqanlarının xarici ölkələrdəki 200 qadını xilas etdiyini, onların mərkəzdə bir-iki ay reabilitasiya keçdikdən sonra normal həyat şəraitinə qayıtdıqlarını bildirmişdir.

Azərbaycanlı deputat komitə üzvlərinin diqqətini ərəb ölkələrinə və Türkiyəyə iş dalınca və yaxud yaxın qohumlarını görməyə getmək istəyən 16-35 yaşlı gənc qızlardan və qadınlardan onların qardaş, ər və yaxud hər hansı qohum tərəfindən müşayiət edilməsi barədə xüsusi arayış tələb edildiyinə yönəltmiş və hazırda bu prosesin çox yaxşı nəticələr verdiyini göstərmişdir.

Yığıncaqda rusiyalı deputat Vera Oksinanın hazırladığı “Cənubi Qafqazda qadınların vəziyyəti” məruzəsi qızğın müzakirələrə səbəb olmuşdur.

Müzakirələrdə xüsusi fəallıq göstərmiş Elmira Axundova məruzədəki bəzi məqamlarla razılaşmadığını bildirmiş, Azərbaycanın əzəli torpağı Dağlıq Qarabağın və onun ətrafındakı yeddi rayonun Ermənistan tərəfindən işğalı, Ermənistanda yaşayan azərbaycanlıların öz doğma yurdlarından silah gücünə çıxarılması nəticəsində bir milyondan artıq qaçqın və məcburi köçkün ordusunun əmələ gəldiyini və onların çox ağır şəraitdə yaşadıqlarını qeyd etmişdir. Öz torpaqlarında qaçqın və məcburi köçkün kimi yaşayan bu insanlar arasında çoxlu qadın vardır. Qaçqınlıq və məcburi köçkünlük qadınlarımızın vəziyyətini ağırlaşdıran əsas amildir. Çadır şəhərciklərində məskunlaşmış bu qadınlar bütün hüquqlardan məhrum olmuşlar. Deputat bu məsələnin məruzədə ötəri şəkildə qeyd edilməsinə kəskin etirazını bildirmişdir. Məsələnin ümumi şəkildə verilməsinə irad tutmuş E.Axundova daha çox qaçqın və köçkünü olan Azərbaycandakı vəziyyətin xüsusi olaraq vurğulanmasını təkid etmişdir.

Milli Məclisin deputatı qaçqın və məcburi köçkünlərin şəraitinin yaxşılaşdırılması istiqamətində Azərbaycan dövlətinin müsbət addımlarının məruzədə öz əksini tapmamasına da etiraz etmişdir. Məruzədə ümumi şəkildə olsa da, çadır şəhərciklərində yaşayan qadınların ağır həyat şəraiti, onların adi yaşayış, təhsil hüquqlarından məhrum olmaları qeyd edildiyi halda, nədənsə dövlətimizin hazırlayaraq həyata keçirdiyi xüsusi proqram əsasında çadır şəhərciklərinin tədricən ləğv olunması, qaçqın və məcburi köçkünlər üçün müasir tipli və yaraşıqlı qəsəbələr salınması, yeni ildən bu problemin tamamilə aradan qaldırılması barədə söhbət açılmır. Deputat ölkəmizin bu istiqamətdə gördüyü işlərin məruzədə əks olunması təklifini irəli sürmüşdür.

Sonra E.Axundova məruzə ilə bağlı növbəti iradını bildirərək, Hollandiyadan olan deputat L.Platvoyetin hazırladığı məruzədə itkin düşmüş və girov götürülmüş insanlar barədə ətraflı danışıldığı halda, V.Oksinanın məruzəsində itkin düşmüş və girov götürülmüş qadınlar haqqında heç bir məlumat verilmədiyini qeyd etmişdir.

Rusiyalı deputatın məruzəsində Sovetlər İttifaqının süqutundan sonra müstəqillik əldə etmiş respublikalarda qadınların vəziyyətinin ağır olduğu göstərilmişdir.

Azərbaycanlı deputat pessimist ruhda yazılmış məruzə müəllifinin bu fikri ilə də qətiyyən razılaşmadığını bildirmiş, qadınların vəziyyətinin ağırlaşmasının başlıca səbəbinin münaqişələr olduğunu söyləmiş, Azərbaycan dövlətinin qadınların ictimai-siyasi həyatda fəallıq göstərmələrinə daim diqqət yetirdiyini, onların qayğısı ilə məşğul olmaq üçün yeni komitə və təşkilatlar yaradıldığını xüsusi vurğulamışdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“MSC” şirkəti Novorossiysk limanına sifarişləri dayandırıb

Lənkəranda yeni təmayül tədris modelinin ilk nəticələri yüksək olub

Voleybol üzrə Azərbaycan millisi Avropa çempionatında ilk məğlubiyyətini alıb

Fransalı rejissor: “La Leproduction” filmi dialoqsuz olması ilə diqqət çəkir

Bu saata olan əsas xəbərlər

Avropada qazın qiyməti 5 faizədək azalıb

Yaxın Şərqdəki münaqişə: Altı ayda “Brent”in qiyməti 70-126 dollar arasında dəyişib

Robert Köçəryanın həbsi ilə bağlı vəsatətə baxılacaq

Laçında Şəhər Günü münasibətilə konsert təşkil olunub

Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki Məmməd Əliyevdən

Cəlilabad rayonunda zəlzələ baş verib

Paytaxtda 53 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib

Balakəndə avtomobil radar dirəyini aşırıb, iki nəfər xəsarət alıb

Laçında “Əmir Teymur” filmi nümayiş olunub

Çində baş verən palçıq axınında 3 nəfər ölüb, 265 nəfər itkin düşüb VİDEO

Çində baş verən palçıq axınında 3 nəfər ölüb, 265 nəfər itkin düşüb VİDEO

Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə müraciət edib

Heydər Əliyev Fondu uşaqlar üçün növbəti əyləncə tədbiri təşkil edib

Eldar Yuldaşev: Gələn il də Laçına yeni filmlərlə gəlməyi planlaşdırırıq

Rusiya Federasiyasının Əməkdar məşqçisi, pedaqoji elmlər doktoru, professor İrina Vinerdən

® "Mardi Mekan Estate": dəniz kənarında yaşamağın tam vaxtıdır

“Bitcoin”in qiyməti 78 min dollara enib

Dondurma alarkən və istehlak edərkən nələrə diqqət yetirilməlidir?

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə növbəti vakansiya seçimi mərhələsinə başlanılır

Niderlandda qış mövsümündən əvvəl qaz anbarlarını doldurmaq mümkünsüz görünür

Zamira İsayeva: Təhsil Azərbaycan-Özbəkistan əlaqələrinin möhkəmləndirilməsi üçün yeni imkanlar açır

Deputat: Laçın Böyük Qayıdışın ən parlaq nümunələrindən biridir

Klipdən başlayan sevgi: yeddi ildir domra ifa edən azərbaycanlı gənc

Çexiyada tarixi abidələrin bərpasına 42 milyon avroya yaxın vəsait ayrılacaq

“Meta” platformalarının gənclərə zərər vurması iddiasını 18 milyard dollara həll etməyə razılıq verib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Yeni sanitariya norma və qaydaları təsdiqlənib

Biləsuvarda yük avtomobili kanala aşıb

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovdan

Yayda gündə nə qədər su içilməlidir? - Ekspert rəyi

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

“Tvente”nin baş məşqçisi: “Qarabağ”a qalib gəlmək üçün futbolçular ən yaxşı formada olmalıdırlar

Rusiyalı sahibkar Alişer Usmanovdan

Bakıda “Gələcəyin sənət elçiləri” proqramı çərçivəsində musiqi proqramı təqdim olunub VİDEO

Bakıda “Gələcəyin sənət elçiləri” proqramı çərçivəsində musiqi proqramı təqdim olunub VİDEO

Azərbaycanın süni intellekt startapı “ByteDance” ilə müqavilə imzalayıb

Laçına köçürülmüş sakinlərdən 1235-i məşğulluq tədbirlərinə cəlb edilib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Azərbaycan-Özbəkistan müttəfiqliyi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni imkanlar yaradır – ŞƏRH

Zəhra Pezeşkiandan

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Şəfiqə Tahirova: Ali təhsilin nəticəsi yalnız diplomla deyil, məzunun bacarıqları ilə ölçülməlidir

Mərkəzi Bankın nümayəndələri Şamaxıda vətəndaşların müraciətlərini dinləyəcəklər

Qarabağdan Buxaraya: əsrləri aşan elm, mədəniyyət və dostluq körpüsü - Yusif Qarabaği irsi

Burhanettin Duran: Suriyanın gələcəyini yalnız xalqın iradəsi müəyyən etməlidir

Vəkillərin icbari təlimlərinin ikinci istiqaməti yekunlaşıb

AzTU-ya qəbul olunanların qeydiyyatı “mygov” üzərindən aparılacaq

“Hapoel”in qapıçısı: Liqa mərhələsinə yüksəlməyimizə cəmi 20 saniyə qalmışdı

Laçın Şəhəri Günü çərçivəsində nağıl-tamaşa nümayiş olunub

Qəhvəyi mərmər bağacığı ilə mübarizə məqsədilə 26 minə yaxın feromon tələ quraşdırılıb

Paris üçün kritik gün: “Fitch Ratings” Fransanın kredit reytinqini yenidən nəzərdən keçirir

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib

İncəsənət məktəbləri üçün 5 yeni yaradıcı istiqamət üzrə tədris proqramları hazırlanıb

Laçında aparılan quruculuq işləri Azərbaycanın sülhə və dinc inkişafa yönəlmiş siyasətinin göstəricisidir – ŞƏRH

® “PAŞA Holding”in dəstəyi ilə həyata keçirilən “Tənha anaların sosial inkişafına dəstək II” layihəsi fəaliyyətini davam etdirir

Azərbaycan və Özbəkistan alimləri vanadiumun alınması üçün yeni texnologiya hazırlayır

MDU tarixində rekord: tələbə qəbulu planı 98 faiz yerinə yetirilib

Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib

Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaşların müraciətlərini dinləyəcək

İki dəfə uğursuz oldu, üçüncü cəhddə arzuladığı universitetə qəbul aldı - Dövlət Proqramının qalibi

AZAL uçuşlarda gecikmə və ləğv halları ilə bağlı sərnişinlərə müraciət edib

Rəqəmsal platformaların vergiyə cəlb olunması ədalətli rəqabətə imkan verəcək - RƏY

Laçın dirçəlir: Köç, quruculuq, uşaq gülüşü VİDEO

Laçın dirçəlir: Köç, quruculuq, uşaq gülüşü VİDEO

Azərbaycanda mis konsentratı istehsalı 6 dəfədən çox artıb – QRAFİK

Özbəkistan Respublikasının birinci xanımı Ziroat Mirziyoyevadan

“Nebesnaya qratsiya” Beynəlxalq İdmana Dəstək Assosiasiyasının prezidenti, Olimpiya çempionu Alina Kabayevadan

Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq

Ölkəyə gömrük qaydaları pozulmaqla gətirilən qəlyan tütünləri aşkarlanıb

Rusiyanın “SAFMAR” Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyevdən

Kino Agentliyinin direktoru: Filmlərimizin beynəlxalq səviyyədə yayımı əsas istiqamətlərdəndir

Azərbaycan və Özbəkistan alimlərinin birgə layihəsi: mis filizlərinin emalı üçün yeni texnologiya hazırlanacaq

Rusiyanın “VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri Andrey Kostindən

Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Şabranda yol qəzasında ölənlərin sayı 2-yə çatıb YENİLƏNİB VİDEO

Şabranda yol qəzasında ölənlərin sayı 2-yə çatıb YENİLƏNİB VİDEO

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

Şahzadə Harri və Meqan bu gün Böyük Britaniyaya qayıdırlar

Şamaxıda vətəndaşların müraciətləri dinləniləcək

Bu il BMU-nun qəbul planı ilkin olaraq 98,3 faiz dolub

Sentyabrdakı hərraclarda 82 avtomobil və gəmi satışa çıxarılacaq

Aslan Kərimov: “Sabah” mükəmməl iş görərək, hər mərhələdə inkişaf etməyi bacardı

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

ADNSU və Özbəkistanın ali təhsil müəssisələri: ikili diplom və tələbə mübadiləsi

Azərbaycan–Özbəkistan aqrar əməkdaşlığı: təcrübədən strateji tərəfdaşlığa – ŞƏRH

® Maliyyə ehtiyaclarınız üçün “AccessBank”dan 50 min manatadək nağd kredit

Yulia Çimen: Azərbaycan-Türkiyə startap və vençur kapitalı əməkdaşlığında yeni mərhələ başlayır - MÜSAHİBƏ

Xüsusi nümayəndə: Laçının Buxara şəhəri ilə qardaşlaşmasına dair sazişin imzalanması mühüm hadisədir

Türkiyənin universitetlərində bəzi ixtisaslar üzrə tələbə çatışmazlığı yaranıb

Məsim Məmmədov: Laçın Beynəlxalq Film Festivalının ənənəvi xarakter almasına nail olmağı planlaşdırırıq

Ali məktəblərə qəbul olanların siyahısı və keçid balları açıqlanıb

“Mançester Siti” 19 yaşlı mərakeşli futbolçunu 100 milyon avroya transfer edib

“ADEX”də yeni rekord: Sərgi üçün ilk dəfə Bakı Ekspo Mərkəzinin 5-ci pavilyonu istifadəyə verilir

® İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır

Sabahdan X sinif şagirdlərinin elektron yerdəyişmə prosesinə başlanılır

Özbəkistan Peşəkar Futbol Liqası “Sabah”ı tarixi uğur münasibətilə təbrik edib

Paytaxtda daha 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

Nigar Axundova: Sürəyya Ağaoğlu öz dövrünün görkəmli qadını olub və bu gün də belə olaraq qalır - MÜSAHİBƏ

Səfir: İmzalanan müqavilələr Özbəkistan-Azərbaycan müttəfiqliyinin inkişafını əks etdirir