Paytaxtda havanın temperaturu 13 dərəcəyədək yüksələcək
Bakı, 9 dekabr, AZƏRTAC
Dekabrın 11-12-də Bakıda və Abşeron yarımadasında mülayim hava şəraiti gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova AZƏRTAC-a açıqlamasında bildirib ki,
dekabrın 11-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə bəzi yerlərdə hava şəraitinin çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi 7-12 m/s, gündüz arabir 15-17 m/s olacaq.
Dekabrın 12-də də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Hava əsasən yağmursuz keçəcək. Cənub küləyi 8-13 m/s, gündüz arabir 15-18 m/s olacaq.
Havanın temperaturu isə dekabrın 11-i və 12-də gecə 5-7° isti, gündüz 8-13° isti təşkil edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]