Planetimizdə meşə örtüyü hər il 13 milyon hektar azalır
Bakı, 21 mart, AZƏRTAC
Meşələri təsadüfən “planetin ağ ciyəri” adlandırmırlar. Yer kürəsində meşələrin ümumi sahəsi 4 milyard hektardan çoxdur. BMT-nın məlumatına görə, meşə örtüyü hər il 13 milyon hektara qədər azalır, bəzi mənbələrdə isə bu rəqəmin daha çox olduğu bildirilir.
AZƏRTAC xəbər verir ki, indi planetdə hər beş bitkidən biri məhv olmaq təhlükəsi ilə üzləşib. Avstraliya, Almaniya, Çexiya, Slovakiya və Polşada meşələrin yarısı sənaye tullantıları ilə çirkləndirilir. Skandinaviya ölkələrində meşələr Avropa ölkələrində havaya atılan zəhərli tullantıların yaratdığı turşulu yağışlardan, Kanada meşələri isə ABŞ-dan gedən zəhərli tullantılardan ziyan çəkir. Bir sıra ölkələrdə kütləvi tullantıların yağışlarla yerə qayıdan çöküntüləri səbəbindən ağcaqayın meşələrində ağacların 80 faizi məhv olur.
Ölkəmizə gəldikdə isə meşələr 1,2 milyon hektardan bir qədər çox ərazini tutur, onun təxminən 250 min hektarı işğal edilmiş bölgələrdə yerləşir.
Meşələr azaldıqca bitki növləri tükənir, qida rasionu kasıblaşır. Həm də bunlar dolayısı ilə orqanizmdə müxtəlif xəstəliklərin yaranmasına, ömrün azalmasına səbəb olur. Bunun qarşısının alınmaması ekoloji fəlakətlə nəticələnə bilər. Meşə varsa, həyat var, meşə yoxsa, həyat da tükənir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [12:42]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 10.08.2026 [11:57]
Faktiki hava: Bəzi rayonlara leysan yağır
- 09.08.2026 [17:40]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub
- 09.08.2026 [12:46]
Avqustun 10-da hava necə olacaq? - PROQNOZ
- 08.08.2026 [15:33]
Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək
- 07.08.2026 [17:37]
Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ
- 07.08.2026 [16:39]