“Planetimizi tanıyaq” layihəsi həyata keçiriləcəkdir
Bakı, 28 oktyabr (AZƏRTAC). “İRƏLİ” İctimai Birliyi “Ekologiya ili” çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti, “Təbiət Elmlərinə Dəstək və Ekoloji Maarifləndirmə” İctimai Birliyi ilə birgə növbəti ekoloji layihəni həyata keçirəcəkdir.
İctimai Birlikdən AZƏRTAC-a verilən məlumata görə, “Planetimizi tanıyaq” adlı layihənin əsas məqsədi gənclərin ekoloji problemlər və onların həlli barədə məlumatlandırılması, bu sahəyə diqqətin artırılmasından ibarətdir.
Noyabr ayından start götürəcək layihə çərçivəsində ölkənin 20 ali məktəbində interaktiv mühazirələrin keçirilməsi, layihə iştirakçıları ilə Neft Daşları və Qala qəsəbəsində yerləşən ekoparka ekskursiyaların təşkili, mühazirələrin toplandığı internet portalın yaradılması nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]
Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır
- 06.06.2026 [17:11]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [13:04]
Sabahın hava proqnozu açıqlanıb
- 05.06.2026 [19:15]
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO
- 05.06.2026 [19:05]