Ploqqinq ekoloji fitnesin yeni istiqamətidir
Bakı, 28 fevral, AZƏRTAC
Avropada və ABŞ-da eyni zamanda həm sağlamlığın, həm də planetimizin qayğısına qalmağa imkan verən yeni fitnes istiqamət populyarlaşır.
AZƏRTAC “Ecoportal” saytına istinadla xəbər verir ki, İsveçdə yaranan ploqqinq (ingilis dilində plogging) sosial şəbəkələr sayəsində bütün dünyada tərəfdarlar toplamaqdadır. Onun adı ingilis mənşəli “jogging” - “qaçış” və İsveç mənşəli “plocka upp” - “götürmək” sözlərindən əmələ gəlib. Açıq havada adi qaçışdan fərqli olaraq, ploqqinqlə məşğul olan adam qaçmaqla bərabər, küçələrdən zibil toplayır. Bununla da o, həm ətraf ərazini zir-zibildən təmizləyir, həm də asta qaçışdan fərqli olaraq, daha çox kalori sərf edir. Çünki zibili yerdən götürmək üçün əyilmək və çömbəlmək lazımdır. Bu da idman zalında məşğələlərə bərabər əlavə fiziki hərəkətlərdir.
ABŞ-ın Virciniya ştatının sakini Emili Raytın rastına çox vaxt siqaret kötükləri, plastik butulkalar və uşaq əskiləri çıxır. Onun fikrincə, belə bir ideyanın ictimaiyyət üçün faydası bir qədər mübahisəli məsələdir. O deyib: ”Məsələ onda deyil ki, mən iyrənirəm. Mən bunu edirəm. Amma eyni zamanda düşünürəm ki, hər bir insan öz hərəkətlərinə görə məsuliyyət daşımalıdır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]