Prezident: Azərbaycanla Gürcüstan arasında dostluq və qardaşlıq münasibətləri uğurla inkişaf edir
Bakı, 15 may, AZƏRTAC
Azərbaycanla Gürcüstan arasında dostluq və qardaşlıq münasibətləri müxtəlif sahələrdə uğurla inkişaf edir, parlamentlərarası əlaqələr sahəsində səmərəli əməkdaşlıq məmnunluq doğurur.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilini qəbul edərkən bildirib.
Dövlətimizin başçısı özünün Gürcüstana səfərini, Gürcüstanın Baş nazirinin isə Azərbaycana səfərini məmnunluqla xatırladaraq qeyd edib ki, bu səfərlər zamanı ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi ilə əlaqədar çox ətraflı müzakirələr aparılıb.
Prezident İlham Əliyev 1990-cı illərin əvvəllərində Azərbaycanın və Gürcüstanın üzləşdiyi problemlərə toxunub, birgə layihələrin icrasının əhəmiyyətini vurğulayıb. Bu xüsusda ilk layihə kimi Bakı-Supsa neft boru kəmərinin reallaşdırıldığını diqqətə çatdırıb və bundan sonra digər layihələrin də uğurla həyata keçirildiyini deyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:50]
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub
- 27.09.2026 [14:46]
Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO
- 27.09.2026 [14:34]
Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib
- 27.09.2026 [14:23]
Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub
- 27.09.2026 [14:00]