Prezident: Növbəti illərdə biz milli enerji şəbəkəmizi gücləndirəcək dövlət proqramını icra etməyi planlaşdırırıq
Bakı, 26 oktyabr, AZƏRTAC
Növbəti illərdə biz qısa müddət ərzində milli enerji şəbəkəmizin gücləndirməsini təmin edəcək dövlət proqramını icra etməyi planlaşdırırıq. Bu, çox zəruridir.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışı zamanı bildirib.
Ölkəmizin təbii sərvətlərinin istifadəsi üçün böyük potensialın olduğunu deyən dövlətimizin başçısı külək enerjisinin potensialını xüsusi vurğulayıb.
“Bu, çox zəruridir. Çünki mən bizim yalnız “Masdar” şirkəti ilə icra etməyi planlaşdırdığımız layihələri qeyd etdim. Bir çox digər investisiya təklifləri var və onların bəziləri artıq icra mərhələsindədir.
Biz əlbəttə ki, milli enerji şəbəkəsini gücləndirməliyik”, - deyə Azərbaycan Prezidenti qeyd edib.