Qanunsuz qarışıq süxur daşınması faktı ilə əlaqədar Daxili İşlər Nazirliyinə müraciət edilib
Bakı, 26 iyul, AZƏRTAC
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Daşkəsən rayonunun Yuxarı Daşkəsən qəsəbəsi ərazisindən qanunsuz qarışıq süxur daşındığı müəyyən edilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov AZƏRTAC-a bildirib ki, araşdırma zamanı qarışıq süxurun 16-T-103 dövlət nömrə nişanlı ekskavator ilə qazılaraq “Ford” markalı 20-AD-806 dövlət nömrə nişanlı nəqliyyat vasitəsilə ərazidən daşındığı məlum olub. Faktla bağlı akt tərtib olunub və nəqliyyat vasitələrinin sürücülərinin kimliyini müəyyənləşdirmək üçün Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edilib.
B.Məhəmmədovun sözlərinə görə, keçirilən nəzarət tədbirləri zamanı Qax rayonu ərazisindən keçən Kürmük çayının sahilindən İngiloy Kötüklü kənd sakini Rooma Berikaşvilinin idarə etdiyi ekskavatorla qum-çınqıl daşındığı müəyyən olunub. Faktla bağlı akt, protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]