Qanunsuz yolla əldə olunmuş işlik meşə materialı müəyyən edilib
Bakı, 1 avqust, AZƏRTAC
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı İsmayıllı rayonunun Cülyan kəndində qanunsuz fəaliyyət göstərən ağac emalı sexi, Göyçay rayonunun Çayarxı kəndindəki ağac emalı sexində isə qanunsuz yolla əldə edilmiş 4,6 kubmetr həcmində işlik meşə materialı müəyyən edilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov AZƏRTAC-a bildirib ki, İsmayıllı rayonunun Cülyan kəndindəki ağac emalı sexinin vətəndaş Tural Xəlilova, Göyçay rayonunun Çayarxı kəndindəki ağac emalı sexinin isə Ədalət Qasımova məxsus olduğu məlum olub. Faktlarla bağlı ağac emalı sexlərinin sahibləri barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb.
B.Məhəmmədovun sözlərinə görə, İsmayıllı rayonunda qanunsuz fəaliyyət göstərən ağac emalı sexinin fəaliyyətinin dayandırılması ilə bağlı hüquq-mühafizə orqanlarına məktub göndərilib. Göyçay rayonundakı sexdə aşkarlanmış işlik meşə materiallarının haradan əldə olunmasının müəyyən edilməsi ilə bağlı isə araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]