“Qarabağ” əzəli rəqibi “Neftçı”yə iki qolla qalib gəlib
Bakı, 20 fevral, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tur fevralın 20-də “Qarabağ”-“Neftçi” qarşılaşması ilə davam edib.
AZƏRTAC xəbər verir ki, turun mərkəzi görüşü Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçirilib. Son iki mövsümün çempionu və hazırkı lider “Qarabağ” əzəli rəqibi “Neftçi”ni 2:0 hesabı ilə məğlub edib. Bununla da cari mövsümdə keçirdiyi iki görüşün heç birində Ağdam klubuna məğlub olmayan “Neftçi” bu dəfə uğurlu seriyanı davam etdirə bilməyib. Meydan sahibi komanda qarşılaşmanın 8-ci dəqiqəsində Samuel Armenterosun qolu ilə hesabı açıb. İkinci hissənin 80-ci dəqiqəsində isə “Qarabağ”ın heyətində Dani fərqlənib.
Beləliklə, bu qələbə sayəsində Qurban Qurbanovun komandası 47 xalla liderliyini bir qədər də möhkəmləndirib. “Neftçı” isə 31 xalla altıncı pillədə qalıb.
Qeyd edək ki, XXII turun sonuncu iki oyunu fevralın 21-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]
Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]